Yuxuya getməyə mane olan 11 qida | 1news.az | Xəbərlər
Cəmiyyət

Yuxuya getməyə mane olan 11 qida

13:45 - 20 / 02 / 2019
Yuxuya getməyə mane olan 11 qida

Bəzi qidalar var ki, onları yatmazdan əvvəl və ya yatmağa az qalmış yemək doğru deyil.

Sizə barəsində söhbət açacağımız bu qidalar və içkilər kifayət qədər yuxuya getməyə mane olur. Rahat yatmaq istəyirsinizsə, bu ərzaqları nə vaxt qəbul edəcəyinizə diqqət edin.

Kərəviz

Bunu yatmazdan əvvəl yeməyin. Bu tərəvəzdə xiyar və qarpızda olduğu kimi, təbii formada sidikqovucu var. Ona görə də sizi yuxudan yarımçıq oyadacaq.

Pomidor

Pomidor tiramin, amin turşuları ilə zəngindir. Hansı ki, bu maddələr beynin fəaliyyətini stimullaşdırır və aktivləşdirir. Aktiv beyin isə yuxuya getməkdə çətinlik çəkir. Onu da qeyd edək ki, badımcan, soya sousu və qırmızı şərab da eyni cür təsirə malikdir.

Pendirli pizza

Çox yağlı və qızardılmış qidaları həzm etmək üçün xeyli zaman lazımdır. Və bu da rahat yuxuya keçməyə mane olur. Bundan başqa, bu yemək yatmaq üçün qəbul etdiyiniz yuxu dərmanlarının da təsirini azaldır.

Alkoqol

Gecə qəbul etdiyiniz bir stəkan alkoqol sizi əvvəlcə yuxulada bilər. Amma buna baxmayaraq gecənin ortasında sizi oyandırır və yuxuya getmənizə mane olacaq. Bundan başqa, yaddaş və beynə zərər verir.

Quru lobya

Quru lobya yatmazdan əvvəl yeyilə biləcək ən pis qidadır. Bədən üçün bu məhsulu həzm etmək son dərəcə çətindir. Bu ağır həzm prosesi nəticəsində xeyli qaz yaranır ki, bunun meydana gəlməsi yuxunuzu pozacaq.

Tünd şokolad

Gündə kiçik bir parça qara şokolad ürəyi formada saxlayır, amma yatmazdan əvvəl yemək məsləhət deyil. Qara şokolad (ağdan fərqli olaraq) içərisində kakao və kofein olduğu üçün yuxuya getməyə mane olur.

Marmelad

Bir ovuc marmelad (ümumiyyətlə, hər hansı bir şirniyyat) bədəndə şəkərin səviyyəsini artırır. Orqanizm bu prosesi nəzarət altına almaq üçün insulin istehsal etməli olur. Şirniyyat yeyən zaman asanlıqla yuxulayacaqsınız, lakin tez də oyanacaqsınız. Çünki orqanizmdə şəkərin səviyyəsi birdən qalxanda, uzun müddət yatmaq olmur.

Acı sous

Bir çox insan üçün acı sous həzz mənbəyi deməkdir. Ancaq yatmazdan bir neçə saat əvvəl bunu yeməsəniz yaxşıdır. Mədənizdəki qıcqırma yuxu ilə bağlı bütün planlarınızı pozacaq.

Steyk

Yarım dilim steyk yemək yuxuya ciddi şəkildə pozur. Əgər könlünüzə steyk düşübsə, ən yaxşısı onu dadına sabah baxın. Yağlı yeməklərin həzmi, bədənə sorulması çox yavaş gedir. Bədən bu həzmlə məşğul olduğuna görə rahat yuxuya gedə bilməyəcəksiniz.

Qazlı içkilər

Kofeinin yuxuya mane olduğunu yuxarıda qeyd etdik. Qazlı içkilərdə də yuxunu qaçıracaq belə maddələr var.

Brokkoli

Brokoli pəhriz saxlayanlar üçün əvəzedilməz bir tərəvəzdir. Lakin çox yavaş həzm edilir. Bundan başqa, brokoli bədəndə qazın yaranmasına səbəb olur ki, bu da yuxuya getməyə mane olur.

E-tibb.az

Paylaş:
807

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər