Serj Sarkisyan ilk dəfə olaraq aprelin əvvəlində hərbi əməliyyatlar zamanı Ermənistanın uğursuzluqlarını etiraf edib | 1news.az | Xəbərlər
Ermənistan

Serj Sarkisyan ilk dəfə olaraq aprelin əvvəlində hərbi əməliyyatlar zamanı Ermənistanın uğursuzluqlarını etiraf edib

16:04 - 17 / 05 / 2016
Serj Sarkisyan ilk dəfə olaraq aprelin əvvəlində hərbi əməliyyatlar zamanı Ermənistanın uğursuzluqlarını etiraf edib

Vyanadan İrəvana qayıdarkən Ermənistan prezidenti Serj Sarkisyan bir sıra erməni KİV-inin suallarını cavablandırarkən, ilk dəfə olaraq aprelin əvvəlində hərbi əməliyyatlar zamanı uğursuzluqlarını etiraf edib.

“Strateji baxımdan bu ərazilərin heç bir əhəmiyyəti yoxdur, lakin psixoloji baxımdan azərbaycanlılar öz xalqlarını hansısa uğura nail olduqlarına inandıra bilərlər”, - deyə Sarkisyan Vyana danışıqlarından sonra erməni KİV-ə bildirib.

Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.

“Hərbi əməliyyatlar zamanı təhlükəsizlik zonası qismində 800 min hektara nəzarət edən erməni qüvvələri 800 hektar itirdilər”, - deyə Sarkisyan bəyan edib. (söhbət ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən gedir ki, bu topraqlar hərbi əmliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən azad edilib - 1news.az ).

Sarkisyan erməni KİV-i bu torpaqların heç bir strateji və taktiki əhəmiyyəti olmadığını bildirib.

“Məsələ 800 ha ərazi bizə gərəkli olan insanların itirlməsinə dəyərməyindən gedir. Mənim üçün əsgər və zabitlərimiz daha vacibdir”, - söyləyərək o, məsləhət verənləri ön cəbhəyə gedərək orada insanla ölü torpaq arasındakı fərqi anlamağı və vəziyyəti qiymətləndirəməyə çağırıb. 

Sarkisyan qeyd edib ki, qələbə və ya məğlubiyyət qarşıya qoyulmuş məqsəd və nailiyyətləRdən asılıdır:

“Keçmişə nəzər salaraq nəticə çıxarmaq, sinəmə döymək istəməzdim  ki, biz qalibik. Siz, Ermənistan Müdafiə Nazirliyinin bütün heyətindən bir il orada baş verən hadisələri soruşa bilərsiniz. Silahlı qüvvələrimizin qarşısına bir məqsəd qoyulmuşdu – təhlükəsizlik sistemimizi dağılmağa qoymamaq”.

1news.az

Paylaş:
1185

Son xəbərlər

Bütün xəbərlər