İrəvanda polislə etirazçılar arasında toqquşma baş verib
İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Bu haqda 1news.az RİA Novosti-yə istinadla xəbər verir.
Etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Çərşənbə günü polis şöbəsinin ərazisinə əlavə polis qüvvələri yeridilib. Bundan əlavə, binanın yaxınlığında 200 etirazçı aksiya keçirir. Etirazçılar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər.
Qeyd edək ki, silahlı qruplaşma Ermənistan polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Etirazçılar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı, “Yeni Ermənistan” müxalifət partiyasının lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər.
1news.az