İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir
İrəvanda müxalifət tərəfdarlarının mitinqi keçirilir. Mitinqdə çıxış edən deputat Nikol Paşinyan Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edib.
O, hakimiyyətin siyasətini kəskin şəkildə tənqid edib. “Bizim ən vacib məqsədlərimizdən biri Serj Sarkisyanın istefasına nail olmaqdır”, - deyə deputat qeyd edib.
Nikol Paşinyan çoxsaylı mitinq iştirakçılarını polislərə qarşı zorakılıqdan çəkinməyə çağırıb: “Biz polisə və digər hüquq mühafizə orqanlarına zorakı hərəkətlərə əl atmaları üçün əsas verməməliyik. Hətta onlar belə hərəkətlərə yol versələr biz cavab verməməliyik. Bizim məqsədimiz qeyri-zorakı, sivil siyasi mübarizədir”.
AZƏRTAC
1345