İrəvanda etirazçıların yürüşü başlayıb - FOTO
İrəvanın mərkəzində etirazçıların yürüşü başlayıb.
1news.az-ın NEWS.am-a istinadla verdiyi xəbərə görə, etiraz aksiyasının təşkilatçıları yürüşü bir neçə küçədən keçməklə Polis və Milli Təhlükəsizlik Xidmətinin binalarınadək davam etdirmək, sonra isə Xorenatsi küçəsindəki toplanış yerinə qayıtmaq niyyətindədirlər.
Politoloq Andrias Qukasyan etirazçılar qarşısında çıxış edərək yürüşün marşrutunu elan edib.
Mövzu ilə əlaqədar oxuyun:
İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO
İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir
İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.
Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.
1news.az