Ərdoğan: “Sultan Əhməddəki partlayışı suriyalı kamikadze törədib” - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Sultan Əhməddəki partlayışı suriyalı kamikadze törədib” - FOTO - VİDEO - YENİLƏNİB

16:56 - 12 / 01 / 2016
Ərdoğan: “Sultan Əhməddəki partlayışı suriyalı kamikadze törədib” - FOTO - VİDEO - YENİLƏNİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Sultan Əhməd meydanında partlayışı törədənin kimliyini açıqlayıb. 

1news.az-ın NTV-yə istinadla verdiyi xəbərə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən dövlət başçısı qeyd edib ki, partlayışı suriyalı kamikadze törədib.

Ərdoğan hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərin isə xəsarət aldığını bildirib:

“Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”.

1news.az

16:06

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda şəhərdə baş verən partlayışda azərbaycanlıların olub-olmadığı aydınlaşdırılıb.

1news.az-a bu haqda Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O, qeyd edib ki, müvafiq tapşırıq Xarici İşlər Nazirliyi tərəfindən verilib. Yeni informasiya olunduqca məlumat veriləcək.

Hürriyyət qəzetinin İstanbul şəhər qubernatoruna istinadən yazdığına görə, bu gün İstanbulun Sultan Əhməd meydanında baş verən partayış nəticəsində 15 nəfər yaralanıb, 10 nəfər isə həyatını itirib.  

Partlayışın səbəbləri və partlayıcı maddənin tipi haqqında hələ ki məlumat yoxdur.

Xatırladaq ki, məlumatlara əsasən, partlayış çərşənbə axşamı səhər saatlarında Sultan Əhməd meydanında beş verib. Partlayış zamanı meydanda turistlərdən ibarət qrup var idi.

Hazırda ərazi polislərin nəzarəti altındadır. Partlayış baş verən sahəyə minaaxtaranlar cəlb olunub.

13:59

Bu gün səhər İstanbulun Sultan Əhməd meydanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

1news.az Huriyyet qəzetinə istinadla xəbər verir ki, bu haqda türk meqapolisi valisinin bəyanatında bildirilir.

Partlayışın səbəbləri haqda əlavə məlumatlar veriləcək.

1news.az

İstanbulun Sultan Əhməd meydanında partlayış baş verib. 

1news.az Hurriyet qəzetinə istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Ehtimal olunur ki, partlayış özünü turist kimi  təqdim edən kamikadze tərəfindən törədilib.

Ölən və yaralananların sayı hələ ki bəlli deyil.

Hadisə yerinə təcili yardım maşınları göndərilib.

1news.az

Paylaş:
2091

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər