Ankarada baş verən partlayışda şübhəli bilinən terrorçunun kimliyi məlum oldu | 1news.az | Xəbərlər
Dünya

Ankarada baş verən partlayışda şübhəli bilinən terrorçunun kimliyi məlum oldu

12:49 - 14 / 03 / 2016
Ankarada baş verən partlayışda şübhəli bilinən terrorçunun kimliyi məlum oldu

Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.

1news.az

Paylaş:
1399

Son xəbərlər

Sabahın hava proqnozu

01 / 02 / 2025, 12:16
Bütün xəbərlər