Türkiyə məşhurları Dağlıq Qarabağla bağlı Ağ evin saytında açılan petisiyanı dəstəkləyirlər | 1news.az | Xəbərlər
Dünya

Türkiyə məşhurları Dağlıq Qarabağla bağlı Ağ evin saytında açılan petisiyanı dəstəkləyirlər

20:57 - 11 / 04 / 2016
Türkiyə məşhurları Dağlıq Qarabağla bağlı Ağ evin saytında açılan petisiyanı dəstəkləyirlər

Türkiyənin ictimai və siyasi xadimləri, məşhur şəxsləri, KİV-i millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun layihə rəhbəri olduğu "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya dəstək verərək hər zaman yanımızda olduqlarını bir daha nümayiş etdiriblər.

Bu kampaniyanı bir qardaşlıq vəzifəsi hesab edən Türkiyənin  ictimai- siyasi xadimləri və məşhurlarından -Türkiyə Respublikasının sabiq Avropa Birliyi naziri Egemen Bağış, Prezident məsləhətçisi Hidayət Türkoğlu, hakim partiya olan AK partinin millət vəkilləri, dövlət və qeyri-hökümət təşkilatları, məşhur sənətçilər Mustafa Sandal, Demet Akalın, dünyaca məşhur türk futbolçu Arda Turan, Türkiyənin məşhur futbol komandaları və futbolçuları imzalayıb və özlərinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə petisiyanın linkini paylaşaraq, insanları səs verməyə səsləyib, Azərbaycanın haqq işinə dəstək olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.

Bu vaxta qədər petisiyanı 65 mindən çox insan imzalayıb.   

Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti ElxanSüleymanovun imzası ilə Obama administrasiyasına petisiya (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) ilə müraciət açılıb.

1news.az

Paylaş:
867

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər