Qaziantepdə toyda baş verən terror aktında yaralananlardan bir nəfəri də öldü – FOTO – VİDEO - YENİLƏNİB
Avqustun 20-də Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı törədilən terror aktında həlak olanların sayı 54 nəfərə çatıb, bu haqda Hürriyet xəbər yayıb.
Yaralılardan daha 3 nəfəri bu gün xəstəxanada həyatını itirib. 66 yaralıdan 14 nəfərinin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, şənbə günü baş verən terror aktı son dörd ildə beşincisidir.
İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır. Prezident Rəcəb Tayyib Ərdoğanın bildirdiyinə görə, partlayışı 12-14 yaşlı kamikadze həyata keçirib.
Yaxın günlərdə terror aktı nəticəsində həyatını itirən 37 nəfərin dəfn mərasimi keçirilib. Həlak olanların nəşi ekspertizalardan sonra ailələrinə verilib. Cənazə namazı Yeşilkənd məzarlığında Türkiyənin dini işlər idarəsinin baş məsləhətçisi Əbdürrəzzaq Atəş və Qazinatepin müftisinin rəhbərliyi ilə keçirilib.
1news.az
14.25
Avqustun 20-də Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı törədilən terror aktında həlak olanların sayı 53 nəfərə çatıb.
Daha əvvəl ölənlərin sayının 51 nəfər olduğu qeyd olunmuşdu. Şənbə günü baş verən terror aktı son dörd ildə beşincisidir.
İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır. Prezident Rəcəb Tayyib Ərdoğanın bildirdiyinə görə, partlayışı 12-14 yaşlı kamikadze həyata keçirib.
Yaxın günlərdə terror aktı nəticəsində həyatını itirən 37 nəfərin dəfn mərasimi keçirilib. Həlak olanların nəşi ekspertizalardan sonra ailələrinə verilib. Cənazə namazı Yeşilkənd məzarlığında Türkiyənin dini işlər idarəsinin baş məsləhətçisi Əbdürrəzzaq Atəş və Qazinatepin müftisinin rəhbərliyi ilə keçirilib.
Digər həlak olanların meyiti ekspertizadan sonra torpağa tapşırılacaq.
1news.az
21 avqust, 14.34
Avqustun 20-də Türkiyənin Qaziantep şəhərində toy mərasimində terror aktı törədilib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror aktı nəticəsində 50-yə yaxın şəxs həlak olub, onlarla yaralı var.
Qaziantep valisi Əli Yerlikaya partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.
1news.az