İstanbulda baş vermiş partlayışın səbəbi açıqlanıb – FOTO – VİDEO – YENİLƏNİB
İstanbulda yerləşən Atatürk hava limanı yaxınlığında partlayış avtomobilə yüklənmiş partlayıcı maddədən baş verib, bu haqda türk mətbuatı xəbər verir.
Qeyd olunur ki, partlayış Türkiyə vaxtı ilə 15.55-də Şirinevlər məhəlləsində baş verib.
Partlayıcı yüklənmiş avtomobil Mərkəzi polis məntəqəsi yaxınlığında partlayıb.
Hadisə yerinə çoxlu sayda həkim briqadaları, eləcə də xüsusi xidmət, polis, xilasedicilər cəlb edilib.
Ərazi tamamilə mühasirəyə alınıb.
17.32
İstanbulun Yenibosna rayonu ərazisində, Atatürk hava limanı yaxınlığında partlayış baş verib.
Türk mətbuatının yaydığı xəbərə görə, partlayış polis bölməsi yaxınlığında baş verib, yaralılar var.
Hələlik hadisə ilə bağlı daha ətraflı məlumat yoxdur. Yeni məlumatlar əldə edildikdə xəbər yenilənəcək.
1news.az