Azərbaycanlı qadın Mustafa Tayatı girov məqsədilə qaçırdı - FOTO
Ötən həftə biznes görüşməsi üçün Türkiyəyə gələn Azərbaycanlı iş adamı Mustafa Tayat İstanbulda “kofe” tələsinə düşüb.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, M.Tayat keçmiş işçisi Lətifə Məmmədovanın kofe içmək dəvəti ilə Sarıyerdə bir villaya getdiyini və orada əl-ayağı bağlanaraq 2 gün ərzində girov saxlanıldığını iddia edir.
İstanbul polisinə gələn iş adamı qadın tərəfindən tapança ilə təhdid edilərək sənət imzalatdırıldığını bildirib.
“Azərbaycanda dükanlarımda öncə müdür işləmiş bir qadın, İstanbulda qaldığım mehmanxanaya gələrək məni yeməyə dəvət edib. Sonra bizə həmin qadının rəfiqəsi qoşulub və biz Sarıyerdə bir villaya getdik. Villada isə iki kişi məni təhdid etdi və sənəd imzalatdırdı”, - deyə M.Tayat öz şikayətində bildirib.
Məlumata əsasən, cinayətkarlar M.Tayatdan 3 milyon dollar tələb ediblər, lakin iş adamının verilən işgəncələrə dözdüyünü görərək onun cibində olan 10 min türk lirasını alaraq onu yol qırağına atıblar.
Qeyd edək ki, görüntü kameralarının sayəsində 2 cinayətkar hal-hazırda həbs edilib.
Hal-hazırda tələni quran L.Məmmədovanın axtarışı davam edir.
1news.az