Səfiri öldürənin kimliyi məlum oldu - FOTO | 1news.az | Xəbərlər
Dünya

Səfiri öldürənin kimliyi məlum oldu - FOTO

23:37 - 19 / 12 / 2016
Səfiri öldürənin kimliyi məlum oldu - FOTO

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən şəxsin kimliyi məlum olub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sui-qəsdçi 22 yaşlı Mevlüt Mert Altıntaşdır.

Məlumata görə, Aydın vilayətinin Söke rayonundan olan Mevlüt Mert Altıntaş, Ankarada polis işləyirmiş. Ona bir həftə öncə səfir Andrey Karlovu qorumaq vəzifəsi tapşırıldığı iddia olunur.

Polis vəsiqəsini göstərərək Ankara Müasir Sənət Mərkəzinə daxil olan Altıntaş 2014-cü ildə “İzmir Rüştü Ünsal Polis Məktəbi”ni bitirib.

Sui-qəsdçi ilə bağlı araşdırmalar davam edir. Onun FETÖ ilə bağlantısının ola biləcəyi ehtimalı da diqqətdə saxlanılır.

Fərid Ədalət

Paylaş:
1248

Son xəbərlər

Bütün xəbərlər