Binəli Yıldırım: Alçaq terror aktının təşkilatçıları aşkar edilərək cəzalandırılacaq
Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd hadisəsini pisləyir və diplomata qarşı silahlı basqınla bağlı ətraflı məlumat təqdim edib:
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov foto-sərgi zamanı silahlı basqına məruz qalıb. Həkimlərin səyinə baxmayaraq rusiyalı diplomatın həyatını xilas etmək mümkün olmayıb. Türkiyənin Silahlı Qüvvələri hücum edən şəxsi zərərsizləşdirib”.
Hökumət başçısı qeyd edib ki, hadisə zamanı üç əcnəbi vətəndaş da xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib:
“Türkiyə tərəfi insidentin ilk dəqiqələrindən araşdırmalar aparır. Terror təşkilatçılarının məqsədi Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqdır. Onlar öz istəklərinə çata bilməyəcək.
Alçaq terrorun arxasında dayanan hər bir kəs aşkar edilərək cəzalandırılacaq. Və onlar ədalət qarşısında cavab verəcəklər”.
Mövzu ilə əlaqədar oxuyun:
Rusiyanın Türkiyədəki səfiri sui-qəsd nəticəsində öldü - RƏSMİ - FOTO - VİDEO
Səfiri güllələyən şəxs öldürüldü - YENİLƏNİR - FOTO - VİDEO
Səfiri öldürənin kimliyi məlum oldu - FOTO
Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir