Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb – VİDEO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb – VİDEO

12:46 - 15 / 03 / 2016
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

1news.az-ın məlumatına görə, dövlət başçımız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb.

Qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası dövlət başçıları səviyyəsində keçirilir. IV iclas keçən il yanvarın 15-də Ankarada təşkil olunub.

Növbəti, V iclas bu ilin fevral ayında Bakıda keçirilməli olsa da, Türkiyənin paytaxtında baş verən terror aktı nəticəsində mart ayına qədər təxirə salınmışdı. Lakin martın 13-də Ərdoğanın Bakıya səfəri ərəfəsində yenidən Ankarada 30-dan çox insanın ölümü ilə nəticələnən terror aktı törədildi.

Bundan sonra Prezident İlham Əliyev Türkiyə ilə həmrəylik nümunəsi kimi Şuranın V  iclasının da Ankarada keçirilməsini təklif edib və bu gün Türkiyənin paytaxtına səfər edib.

Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyə görə Azərbaycan prezidentinə təşəkkür edib.

1news.az

Paylaş:
1357

Son xəbərlər

Bütün xəbərlər