Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinə 1,6 milyon manat vəsait ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinə 1,6 milyon manat vəsait ayırıb

23:18 - 01 / 09 / 2016
Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinə 1,6 milyon manat vəsait ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 800,0 (səkkiz yüz) min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400,0 (dörd yüz) min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400,0 (dörd yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
1174

Son xəbərlər

Bütün xəbərlər