“Möhtəşəm yüzil” serialının baş rol ifaçısı Bakıya gəlib | 1news.az | Xəbərlər
Mədəniyyət

“Möhtəşəm yüzil” serialının baş rol ifaçısı Bakıya gəlib

17:55 - 10 / 02 / 2016
 “Möhtəşəm yüzil” serialının baş rol ifaçısı Bakıya gəlib

10 fevral tarixində türk filmi “Kadeşim benim”-in “Nizami” kinomərkəzində premyerası baş tutub. Bu filmdə baş rol ifaçısı olan Burak Özçevit “Möhtəşəm yüzil” serialındakı Malkoşoğlu Bali bəy rolu ilə məşhurlaşıb.

Burak Özçevitlə birlikdə premyerada filmin baş qadın rolu ifaçısı aktrisa Aslı Ənvər də iştirak edib.

Filmdən əvvəl aktyorlar qırmızı xalıda jurnalistlərin suallarını cavablandırıb.

Bu B.Özçevitin Bakıya ikinci səfəridir. Daha əvvəl o, Azərbaycanın paytaxtına 2015-ci ildə “Aşk sana bənzər” filminin premyerasına sevgilisi Fəxriyyə Evcənlə gəlmişdi.

Qeyd edək ki, Barak Özçevitin iştirakı ilə baş tutan yeni layihə komediya janrındadır.

1news.az

Paylaş:
1758

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər