Umka Hacıyevanın inanılmaz dəyişimi: mümkün olmayan heç nə yoxdur – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Umka Hacıyevanın inanılmaz dəyişimi: mümkün olmayan heç nə yoxdur – FOTO

17:22 - 02 / 11 / 2016
Umka Hacıyevanın inanılmaz dəyişimi: mümkün olmayan heç nə yoxdur – FOTO

2013-cü ilin yayında aktrisa və aparıcı Umka (Umnisə) Hacıyeva Azərbaycanın bir çox xəbər kanallarında, eləcə də sosial şəbəkələrinin əsas qəhrəmanına çevrildi.

Buna səbəb isə aparıcının çimərlik geymində olan şəkilərinin bir sıra KİV-də yayılması oldu. Buna görə də ANS telekanalının rəhbərliyi bu şəkillərin Azərbaycan mentalitetinə uyğun olmadığı üçün U.Hacıyevanı öz istəyilə işdən azad edir.

Bu hadisə cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə rezonans doğurdu. Qısa zamanda bir sıra telekanal və rejissorlardan Umkaya filmlərdə çəkilişlər və maraqlı təkliflər gəlməyə başladı. Lakin o, nəzərlərdən uzağa çəkildi.

Umkanın sirli gedişi kimi, gəlişi də gözlənilməz oldu. Əsasən də onun Instagram sosial şəbəkəsindəki səhifəsinə @umka_hacieva – 2 gün ərzində 6000 istfadəçi qoşulub.

“Heç kəsə sirr deyil ki, qara PR – bu, ən yaxşı reklamdır. Amma istəməzdim ki, insanların xatirində qalmaqallı şəxs kimi qalım. Bəli, çoxlu maraqlı təkliflər vardı. Lakin mən hər şeyi unutmaq istəyirdim.

Sənət adamlarında aldığım dəstəyə baxmayaraq həmin vaxt uzaqlaşmağ ,– özünüinkişaf və özünütəhsillə məşğul olmaq qərarına gəldim. İngilis dili kurslarına yazıldım. Daha sonra isə idmanla məşğul olmağa başladım.  

İlk olaraq idman zalı mənə çox çətin gəlirdi. Və hər şeyi ciddi qəbul etmirdim. Zamanla ilk nəticələri gördüyümdə anladım ki, idman – həyatdır.

Bugünkü xarici görünüşüm tamamilə əldə etdiyim uğurumdur. Bunun üçün çoxlu kitab oxumuşam.  Qazandığım uğurlarımla bağlı yalnız 1news.az oxucularına deyil, eləcə də televiziya tamaşaçılarına da söyləmək istəyirəm. İstərdim ki, idman və sağlam həyat tərzi ilə bağlı verilişə aparıcılıq edim.

Umnisə Hacıyeva idmanla məşğul olmadan öncə

Yalnız xarici görkəmcə deyil, eləcə də mənəvi cəhətdən də dəyişmişəm. İndi mənim 25 yaşım var. Oxudğum kitablar sayəsdində mən yalnız fiziki tərəfdən deyil, eləcə də mənəvi tərəfdən də güclü olmuşam.

Bu üç il ərzində başlıca olaraq anlamışam ki: heç kəsə güvənmə, özün üçün yaşa və ürəyin istədiyini hərəkət et.

Bu gün mən təvazökarlıqdan uzaq da olsa özümdən, xarici görünüşümdən razıyan – ağıllıyam, gözələm, cazibədar və incəyəm. Mən kökdən dəyişmişəm və bu da məni sevindirir.

Mən indi daha məqsədli olmuşam, bunda da idmanın böyük rolu var. 48 çəki dərəcəsəində olmağıma baxmayaraq asanlıqla 80 kq ağırlıq qaldıra bilirəm. İlk olaraq 5 kq-dan başlamışam. Bu, bir çox şeyi söyləyir – mümkün olmayan heç nə yoxdur.

Zəif deyiləm və olmaq da istəmirəm. Mən güclüyəm və həyatda hər şeyə özüm nail olacağam. “Mən özüm” – bu mənim əsas həyat prinsiplərimdən biridir. Mən zəif olmağa özümə icazə verə bilmərəm.

Bu gün məni incitmək mümkün deyil – mən özünəgüvənən güclü insanam. Həyatdan bir şeyi də dərs almışam – özün kimi ol, özünü sev və özünü olduğun kimi qəbul et. Yalnız özünü sevərək, olduğun kimi qəbul edərək və özünü anlayaraq hər şeyi yaxşılığa doğru dəyişmək olar.

Mən bunu bacarmışamsa, deməli başqaları da bacarar!

1news.az

Paylaş:
24033

Son xəbərlər

Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04
Bütün xəbərlər