Bu gün Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı başlayır – FOTO
Bu gün Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində ikinci “Jara” Beynəlxalq Musiqi Festivalı başlayır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, festivalda artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə Bakıya 500-dən çox qonaq gəlib.
Dörd gün davam edəcək festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Saat 19.00-da dünya şöhrətli ifaçıların Xəzərin sahilindəki "Sea Breeze Resort" istirahət mərkəzində qırmızı xalının üstündən keçidi başlayacaq. Festivalın açılış mərasimində məşhur estrada ulduzlarının iştirakı ilə Qala-konsert olacaq, 2017-ci ilin populyar hitləri səsləndiriləcək. Festivalın ilk günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, EMİN, LOBODA, MBAND qrupu, Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.
İyulun 28-də birinci hissədə Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, "Vremya i Steklo", EMİN, İrina Dubtsova, Qlyk'oza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı ilə Qala-konsert təqdim ediləcək. Konsertin ikinci hissəsində isə Sofiya Rotaru ən yaxşı hitlərini səsləndirəcək.
İyulun 29-da “Jara” Festivalının səhnəsini Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meldadze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyk'oz, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını ifa edəcək.
Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.
Xatırladaq ki, “Jara-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.
Festivalda hər gün təxminən 35-40 solo və duet səslənəcək. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.
Bir qədər sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Babək Cahandarov