Rusiya XİN Azərbaycanın notasına cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN Azərbaycanın notasına cavab verdi

23:24 - 25 / 02 / 2016
Rusiya XİN Azərbaycanın notasına cavab verdi

Rusiya Federasiyasının Ermənistanla hərbi-texniki əməkdaşlığı şəffafdır və bütün beynəlxalq öhdəliklərə uyğundur.

1news.az-ın sputnik.az-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz artıq sözügedən informasiya ilə bağlı diplomatik kanallar vasitəsilə Azərbaycana məlumat vermişik. Rusiya Ermənistanla müttəfiqlik münasibətindədir və bu münasibətlər həm də hərbi-texniki baxımdam inkişaf edir”- deyə, Zaxarova bildirib.

O deyib ki, Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanılmasının vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir.

Rusiya silah tədarükü məsələlərində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman riayət edir, RF qanunvericiliyində möhkəmləndirilmiş milli ixrac nəzarət sisteminin sərt çərçivələri üzrə hərəkət edir. Sonuncu yekun istifadəçinin sertifikatının formalaşdırılmasını nəzərdə tutur.

Ermənistan mətbuatının “Rusiya XİN Azərbaycanın notasını iki suveren dövlətin işlərinə qarışmaq cəhdi hesab edirmi” sualına cavabında M.Zaxarova deyib ki, istənilən qonşu ölkənin bir-birinə yaxın ölkələrin hansı mövqedən çıxış etmələri barədə maraqlanmağa hüququ var.

Hərbi-texniki əməkdaşlıq məsələsində də şəffaflıq gözlənilməlidir. “Buna görə də biz hər zaman Azərbaycan tərəfinə diplomatik kanallar vasitəsilə bütün zəruri məlumatları təqdim edirik”.

Zaxarova Rusiya XİN-ə Azərbaycanın bu ölkəyə verdiyi notanın əslinin daxil olmadığını da söyləyib.

1news.az

 

Paylaş:
832

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər