Amal Kluni: “Mən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşmaya dəstək proqramında iştirak edirəm” | 1news.az | Xəbərlər
Siyasət

Amal Kluni: “Mən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşmaya dəstək proqramında iştirak edirəm”

16:40 - 16 / 03 / 2016
Amal Kluni: “Mən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşmaya dəstək proqramında iştirak edirəm”

Beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssis, vəkil Amal Kluni Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycanda ifadə azadlığı hüququ təmin olunmur.

Bununla yanaşı Xədicə İsmayılın vəkili olan Kluni bəyan edib ki, müdafiə etdiyi şəxsi görə sonunadək “azadlığa çıxacağı zamana dək” mübarizə aparacaq, “İndiki zaman” məlumat verib. “Azərbaycan Avropa İttifaqının üzvlüyündə qalıb... Bu bizim hər birimizi narahat etməlidir”, - deyə Kluni müsahibəsində vurğulayıb.

Vəkil əcdadlarının erməni əsilli olması məsələsinə də aydınlıq gətirib. “Mənim Ermənistanı təmsil etməyimlə bağlı fakt, erməni olduğum anlamına gəlmir”,-o, qeyd edib.

Öz növbəsində həbsdə olan X.İsmayılova Azadlıq radiosuna göndərdiyi məktubda bildirib ki, o, Klunini vəkil olaraq seçəndə onun milliyəti ilə bağlı sual verməyib: “...cünki sivil insanlar belə suallar vermir”.

Kluni, həmçinin təsdiq edib ki, əri Corc Kluni tərəfindən maliyyələşdirilən  Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşmaya dəstək proqramında iştirak edir.

Xatırladaq ki, Hollivud aktyoru Corc Kluninin arvadı Amal Kluni daha əvvəl İnsan Haqları üzrə Avropa Şurasında Ermənistanın maraqlarını müdafiə edib.   (Doğu Perinçek İsveçrəyə qarşı” işində)

“İsveçrə- Ermənistan” assosiasiyası erməni soyqırımını inkar edən türk milliyətçi Perinçekin irqi diskrimansiya etməsinin  təsdini tələb edirdi.

Amal Kluni 3-cü tərəfin (Ermənistanın) təmsilçisi kimi bu hadisəni inkar edənləri ikiüzlülükdə ittiham edib.

“Ermənilərin bir əsr əvvəl məruz qaldığı soyqırımının həqiqiliyinə şübhə etmək mümkün deyil. Ermənilər öz sözlərini məhkəmədə bildirməlidir. İmkanlar bu qədər yüksək olmamışdı”, - Kluni bildirib.

Vəkil həmçinin məhkəmə iştirakçılarına bildirib ki, Perinçek tərəfindən “söz azadlığı” ifadəsi ikiüzlülükdür. Kluninin sözlərinə görə, Türkiyə özü bu demokratik prinsipdən uzaqlığı ilə tanınır.

İşə fasilələrlə on ildir ki, baxılır. 2005-ci ildə Türkiyə Fəhlə Partiyasının lideri Doğu Perinçek İsveçrədə bir neçə konfransda çıxış edərək Osmanlı İmperiyasında  erməni soyqırımını “benəlxalq yalan” adlandırıb.

Bundan sonra “İsveçrə-Ermənistan” assosiasiyası türkiyəli siyasətçini məhkəməyə verib. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi ayrı-seçkiliyə görə günahkar bilib. Lakin o, 2008-ci ildə söz azadlığı hüququnun pozulması ittihamı ilə Avropanın İnsan Hüquqları Məhkəməsinə İsveçrəni şikayət edib.

2013-cü ildə Avropanın İnsan Hüquqları Məhkəməsi bu şikayəti təmin edib. İsveçrə bu qərarla bağlı 2014-cü ilin martında appelyasiya şikayəti irəli sürüb.

Sonda məhkəmə D.Perinçekin xeyrinə hökm qəbul edib. Dünya erməniləri isə növbəti dəfə biabırçılığın acılığını dadıb. 

Amal Kluni (subaylıq soyadı Alamuddin) Oksford Universitetini və Nyu-Yorkda hüquq məktəbini bitirib.

52 yaşlı Corc Kluni və 36 yaşlı Amal Alamuddin toy mərasimi 2014-cü ilin 27 sentyabrında Venesiyada baş tutub.

1news.az

Paylaş:
1096

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər