ABŞ dövlət katibi: "Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik" | 1news.az | Xəbərlər
Siyasət

ABŞ dövlət katibi: "Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik"

00:28 - 31 / 03 / 2016
ABŞ dövlət katibi: "Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik"

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.

1news.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.

"Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik", — deyə Kerri əlavə edib.

Onun sözlərinə görə, "bu, danışıqlar prosesi ilə olmalıdır".

Qeyd edək ki, Prezident İlham Əliyev martın 30-da Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb. Dövlət başçısı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.

Paylaş:
1058

Son xəbərlər

Bütün xəbərlər