Medvedev Azərbaycana səfər edəcək
Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana səfər edəcək.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Rusiya baş nazirinin mətbuat katibi Nataliya Timakova bildirib.
Onun sözlərinə görə, Rusiya baş nazirinin aprelin 7-də Ermənistana səfəri baş tutacaq:
"Ermənistan səfərinin sonunda Dmitri Medevedevin Azərbaycana səfəri razılaşdırılıb. Bakıya səfər aprelin 8-də olacaq".
1news.az
940