XİN: Ermənilərin “Avroviziya-2016” mahnı yarışındakı təxribatçı davranışları yolverilməzdir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənilərin “Avroviziya-2016” mahnı yarışındakı təxribatçı davranışları yolverilməzdir

14:40 - 11 / 05 / 2016
XİN: Ermənilərin “Avroviziya-2016” mahnı yarışındakı təxribatçı davranışları yolverilməzdir

“Avroviziya” manhı yarışında erməni tərəfinin təxribatçı hərəkətləri yolverilməzdir.

1news.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan XİN-ın mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti “Avroviziya-2016” beynəlxalq mahnı yarışında Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, mayın 10-da Stokhalmda keçirilən yarımfinal müsabiqəsində Ermənistan nümayəndəlri canlı yayım zamanı marionet, qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırıb.

H.Hacıyevin sözlərinə görə, hazırda erməni tərəfinin bu təxribatı ilə bağlı araşdırma aparılır.

“Bizim mövqeyimiz “Avroviziya” musiqi yarışının təşkilat komitəsinə təqdim olunacaq”,- deyə o, bildirib.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, erməni tərəfi bununla təcavüz və etnik təmizləmə nəticəsində yaradılan separatçı rejimi təblig edir”- deyə, o bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa Yayım Şurası “Avroviziya- 2016” mahnı yarışında bayraqlarla bağlı bəzi məhduduiyyətlər və qadağalar tətbiq etmişdi. Xüsusilə qadağan olunmuş bayraqlar sırasına Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma separatçı rejimin, İŞİD-in, kosovalıların, bask və fələstinlilərin bayrağı daxildir. Lakin sonradan yarışa bayraqların gətirilmısi şərtləri yüngülləşdirilib.

Birinci yarımfinal yarışının nəticələri ilə bağlı mətbuat konfransı zamanı Azərbaycan İctimai Televiziyasının direktor müavini Şaiq Məmmədov ölkəmizin təmsilçisi Səmra Rəhimlini nailiyyətinə görə təbrik edib və erməni tərəfinin təxribatına qarşı etirazını bildirib.

Ş.Məmmədov yarışın qaydalarına zidd olan davranışlara qarşı ciddi tədbirlərin görülməsi gərəkdiyini bildirib. O, qeyd edib ki, separatçı rejimin bayrağının musiqi yarışına gətirilməsi yarışmanın qaydalarına tamamilə ziddir. O ümid edib ki, bu təxribatla əlaqədar lazımlı tədbirlər görüləcək.   

Bu insident İsveçin ən çox oxunan qəzetlərindən bir - «Expressen»də  işıqlandırılıb. Məqalədə bildirildiyinə görə, bayraqların “Avroviziya-2016” yarışına gətirilməsi şərtlərinin yumşaldılmasına baxmayaraq , Avropa Yayım Şurası siyasi bəyanatlarda bayraqların istifadəsinə qadağa qoyub.

“Erməni heyəti bu qaydanı pozaraq separatçı “DQR” rejiminin bayrağını qaldırıb. Daha sonra bu bayraq təşkilatçılar tərəfindən İveta Mukuçyan və onun komandasının əlindən alınıb”,- “Expressen”-də bildirilib.

Bundan əlavə İsveç nəşri qeyd edir ki, müsabiqənin prodüseri Sven Stoyanoviçin sözlərinə görə, bayrağın zala gətirilməsi qanunsuzdur və bu insident Avropa Yayım Şurası tərəfindən araşdırılacaq.

“Biz öz mövqeyimizi aydın ifadə etmişik və öz konsert arenamızda hər hansı siyasi bəyanat xarakteri daşıyan bayraqları və hər hansı münaqişəni ifadə edən simvolları görmək istəmirik”- deyə, “Avroviziya 2016”-nın meneceri Siets Bekker bildirib.

C.Bekker “Aftobladet”ə müsahibəsində qeyd edib ki, “DQR”in bayrağı zala siyasi bəyanat məqsədi ilə gətirilib. Bu davranış artıq cinayət hesab oluna bilər.

İsveç KİV-lərində gedən yazılarda o da qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın torpağı, ayrılmaz hissəsi olaraq qəbul olunub.

1news.az

 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər