İsveç KİV-ləri: “Eurovision-2016” mahnı müsabiqəsinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının gətirilməsi qanunsuzdur | 1news.az | Xəbərlər
Siyasət

İsveç KİV-ləri: “Eurovision-2016” mahnı müsabiqəsinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının gətirilməsi qanunsuzdur

10:11 - 11 / 05 / 2016
İsveç KİV-ləri: “Eurovision-2016” mahnı müsabiqəsinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının gətirilməsi qanunsuzdur

Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsveçin ən böyük gündəlik nəşrlərindən biri olan “Expressen” qəzeti baş səhifədə yayımlayıb.

Məlumatda deyilir ki, bir qədər əvvəl müsabiqənin təşkilatçıları tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın da daxil olduğu separatçıların bayrağının konsert zalına gətirilməsini qadağan edən qərar verilib. Sonradan bu qərar ləğv edildi. Yalnız bir şərtlə ki, müsabiqəyə gətirilən bayraqlardan siyasi bəyanat məqsədilə istifadə olunmasın.

Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını müsabiqə zalına gətirib. Lakin baş verən pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları lazimi tədbir görərək bayrağı Iveta Mukuchyanın əlindən alıb.

Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.

Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib: “Biz çox aydın şəkildə öz siyasətimizi ifadə etmişik, biz siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirik”.

Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu artıq bir cinayət ola bilər”.

Məlumatlarda o da qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olan regiondur və bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb.

1news.az

Paylaş:
1170

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər