Bahar Muradova: “Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək” | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: “Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək”

13:14 - 13 / 05 / 2016
Bahar Muradova: “Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək”

“Artıq dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin region üçün ən böyük təhlükə törətdiyini vurğulayır. Artıq bu münaqişənin həllinin vacibliyi vurğulanır”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.

B.Muradova bildirib ki, belə bir məqamda Ermənistanın təmas xəttində törətdiyi hadisələr hamıya bəllidir:

"Ermənistan tərəfi ardıcıl olaraq məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyən dövlətləri provokasiyaya çəkmək, yenidən təcavüskar siyasətə davam etmək istiqamətində addımlar atır və Azərbaycan ərazisində erməni hərbçilərinin iştirakı ilə təlimlər keçirilir".

Vitse-spiker deyib ki, Ermənistanın işğal etdiyi ərazilərimizdə Azərbaycanın mədəni abidələri dağıdılır, Azərbaycanın izləri silinir:

"Aprel ayında başlayan, Ermənistan tərəfinin törətdiyi cinayətkar əməllər nəticəsində insanlar öldü, insanların mülkiyyətinə ziyan dəydi. Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra mövqelər geri alındı və Azərbaycan ərazilərin bir hissəsinə nəzarəti geri qaytardı".

B.Muradova qeyd edib ki, aprelin əvvəlində erməni tərəfi təxribata əl atıb. Nəticədə döyüş bölgəsinə yaxın ərazidə yaşayan azərbaycanlı əhali  həlak olub, sakinlərin əmlakına zərər dəyib.

“Erməni silahlılarının hücumunun qarşısını almaq üçün Azərbaycan SQ cavab tədbirləri həyata keçirib və bir sıra strateji mövqeləri ələ keçirib. Əməliyyat zamanı Azərbaycan ordusunun gücü nümayiş olunub. Erməni ordusu ilə bağlı yaradılan mif darmadağı ediləndən sonra erməni hakimiyyəti üçün əlverişsiz proseslər başlayıb”,- o, deyib.

B.Muradova qeyd edib ki, Ermənistan ordusu haqqında yaradılmış mif dağıldı, Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər başladı və Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin heç kimə lazım olmaması ilə bağlı fikirlər səsləndi:

"Bu onu göstərir ki, münaqişə həll olunmalıdır. Münaqişə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin həyatını da məhv etdi. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz onların da problemlərini həll etməliyik, onları Ermənistan rəhbərliyinin girovluğundan azad etməliyik, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etməliyik. Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək və buna da qadirdir".

B.Muradovanın sözlərinə görə, son zamanlar beynəlxalq ictimaiyyətin də qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir.

“Ermənistan davamlı olaraq və məqsədli şəkildə təcavüzkar siyasət aparır. Azərbaycan ərazilərində hərbi təlimlər keçirir və Azərbaycana məxsus tarixi abidələri məhv edir”,- o, deyib.

Vitse-spiker onu da qeyd edib ki, Ermənistan münaqişəyə başlamaqla həm də Dağlıq Qarabağda yaşayanlar üçün problem yaradıb, onların gələcəyi ümidi qalmayıb.

“Belə bir vəziyyət davam edə bilməz”,- B.Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır.

“Biz onların da problemlərini həll etməliyik”,- o, deyib.

1news.az

 

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər