Xələf Xələfov: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi ikili standartlardır” | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi ikili standartlardır”

14:44 - 13 / 05 / 2016
Xələf Xələfov: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi ikili standartlardır”

“Azərbaycan bu gün Ermənistanın təcavüzünün acı nəticələrinin aradan qaldırılmasına, işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həlledici mərhələyə start verib”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mayın 13-də Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı zorakılığı dayanır:

“Münaqişənin kökündə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları durur. Çox təəssüf ki, bu münaqişəni Dağlıq Qarabağ münaqişəsi kimi adlandırdılar ki, bu da Azərbaycana qarşı ədalətsizlikdir”.

X.Xələfov bildirib ki, işğal olunmuş torpaqlar azad olunmasa status-kvo dəyişə bilməz:

“Münaqişəsinin həll olunmamasının səbəbi ikili standartlar və ədadlətsiz yanaşmadır. Minsk prosesi 20 ildir davam edir, lakin təəssüflər olsun ki, münaqişənin nizamlanması istiqamətində heç bir ciddi addımlar atılmayıb”.

Nazir müavini qeyd edib ki, Ermənistan aprelin əvvəlindən Azərbaycanın dinc sakinlərinə qarşı ağır artilleriya silahlarından atəş açır, eləcə də ölkəmiz üçün yenidən məcburi köçkün probleminin yaranmasına çalışır. 

“Hərbi əmliyyatlar zamanı Azərbaycan özünü müdafiə etdi, lakin Ermənistan itirilmiş mövqelərin qayıdışı üçün hücuma keçdi. Bütün bunlara baxmayaraq Azərbaycan Ordusu ərazi bütövlüyünü və dinc sakinləri qorumağı bacardı”.

1news.az

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər