Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

15:58 - 17 / 05 / 2016
Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə bu gün Milli Məclisin plenar iclasında 1-ci vitse-spiker Ziyafət Əsgərova bildirib.

Z.Əsgərov deyib ki, layihədə amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.

1news.az

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər