Rusiya, ABŞ və Fransanın XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Rusiya, ABŞ və Fransanın XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanat yayıblar

10:38 - 17 / 05 / 2016
Rusiya, ABŞ və Fransanın XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanat yayıblar

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinin növbəti mərhələsini iyunda keçirməyi bəyan ediblər.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda qurumun rəsmi saytında yerləşdirilmiş Rusiyanın XİN rəhbəri Serqey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desirenin ATƏT-in Minsk qrupunun Vyanada keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair yaydığı birgə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırıblar.

"Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, - deyə sənəddə vurğulanır.

Tərəflər həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

"İlham Əliyev və Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti mərhələsi barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər", - deyə bəyanatda deyilir.

1news.az

Paylaş:
1100

Son xəbərlər

Bütün xəbərlər