Elmar Məmmədyarov: “Vyana görüşü münaqişənin həllinə dair substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır”
“Dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib.
“Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır.
Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”- deyə, E.Məmmədyarov qeyd edib.
1news.az