AŞPA prezidenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıb
“Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.
O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram”.
Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.
Mövzu ilə əlaqədar oxuyun:
Xədicə İsmayılova azadlığa buraxılıb
1news.az
1072