Binəli Yıldırımın Azərbaycana səfərinin dəqiq tarixi açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Binəli Yıldırımın Azərbaycana səfərinin dəqiq tarixi açıqlandı

19:20 - 27 / 05 / 2016
Binəli Yıldırımın Azərbaycana səfərinin dəqiq tarixi açıqlandı

Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana planlaşdırılan səfərinin dəqiq tarixi məlum olub.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, B. Yıldırım ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək. O, iyunun 1-də Şimali Kiprə yola düşəcək və prezident Mustafa Akıncı, baş nazir Hüseyn Özgürgün ilə görüşəcək.

B. Yıldırım daha sonra iyunun 3-də Azərbaycana gələcək və prezident İlham Əliyevlə görüşəcək.

1news.az

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər