Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ üzrə görüşü gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ üzrə görüşü gözlənilir

13:13 - 20 / 06 / 2016
Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ üzrə görüşü gözlənilir

Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla müzakirə etdikdən sonra üçtərəfli görüş keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, ötən həftə yayılan bu məlumatı RİA Novosti-yə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiq edib.

“İyunun 20-də Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ problemi üzrə üçtərəfli görüşü nəzərdə tutulub. Ehtimal edilir ki, əvvəlcə Putin Əliyev və Sarkisyanla təkbətək, daha sonra isə hər üç prezidentlə birgə danışıqlar aparacaq”, - Uşakov bildirib.

“Təbii ki, tərəfimizdən münaqişənin nizamlanmasında fəal olaraq tərəflərə yardım etmək cəhdi olacaq. Biz artıq, yaxın zamanlarda baş vermiş hərbi əməliyyatların sona çatdırılmasında həlledici rol oynamışıq”, - prezident köməkçisi sözlərinə əlavə edib. 

Uşakovun sözlərinə görə, Rusiya, ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatları istiqamətdə öz vasitəçilik missiyasını davam etmək niyyətindədir. Bu bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasında güc tətbiqinin yolverilməzliyi qeyd edilib. Eləcə də bəyanatda Ermənistan və Azərbaycan rəhbərlərinə mübahisəli məsələlərin həll edilməsində güc tətbiq edilməməsi və ya güc tətbiqinin təhdidi prinsipləri əsasında, dövlətlərin, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququna çağırış qeyd edilib.

“İndi biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik”, - deyə Uşakov bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin Peterburqda görüşü apreldə münaqişə zonasında baş verən gərginlikdən sonra ikinci görüşü olacaq. İlk görüş mayın 16-da Vyanda Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) XİN rəhbərlərinin iştirakı ilə baş tutmuşdu.

Görüşün yekun bəyanatında aprelin 5-də nail oluanan atəşkəsə  riayət edilməsi, hadisələrin tədqiqat mexanizmləri, həmçinin ATƏT-in fəaliyyətdə olan nümayəndələrinin tərkibinin genişləndirilməsi qeyd edilir. Bundan əlavə, yaxın zamanlarda münaqişənin nizamlanması istiqamətində danışıqların yenilənməsindən də bəhs edilir. 

1news.az

 

Paylaş:
1019

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər