Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə rəy verib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə rəy verib – YENİLƏNİB

12:06 - 25 / 07 / 2016
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə rəy verib – YENİLƏNİB

İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün iyulun 18-də təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq işə baxan Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib.

Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Konstitusiyaya təklif etdiyi dəyişikliklər barədə ətraflı məlumat verib.

Digər məruzəçi - Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze isə çıxışında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi qaydaları haqqında məlumat verib.

Qeyd edilib ki, Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Qanununa dəyişiklik yalnız referendum yolu ilə edilə bilər. Konstitusiyanın 153-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti təklif verdikdə Konstitusiya Məhkəməsinin rəyi alınır.

Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev geniş çıxış edərək Konstitusiyaya sonuncu dəyişiklikdən ötən yeddi il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində əldə edilmiş nailiyyətlərin Konstitusiyanı təkmilləşdirmək zərurətini yenidən meydana gətirdiyini vurğulayıb. Ş.Əliyev bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin hüquqi əsaslarından danışıb. Bildirib ki, bu dəyişikliklər dünya təcrübəsində də əksini tapıb.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub.

Qərara əsasən, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

1news.az

10:40

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsi ilə bağlı iclası işinə başlayıb.

1news.az-ın məlumatına görə, iclasda Referendum Aktı layihəsinə rəy veriləcək.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

1news.az

Paylaş:
1225

Son xəbərlər

Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01
Bütün xəbərlər