Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil” | 1news.az | Xəbərlər
Siyasət

Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil”

16:45 - 24 / 08 / 2016
Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil”

Konstitusiyasda dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsində yer alan maddələr millət vəkili Vüsal Hüseynov tərəfindən geniş təhlil edilib.

1news.az xəbər verir ki, bu barədə feysbuk səhifəsində məlumat paylaşan deputat vətəndaşların daha çox sualı olduğu iki maddə ətrafında fikirlərini bölüşüb.

Həmin maddələr vitse-prezident institutu ilə bağlı 103-1–ci və Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddədir.

Vitse-prezident institutu ilə bağlı 103-1–ci maddə

Millət vəkili bildirir ki, bu maddədə prezidentlik institutunun gücləndirilməsi məqsədi ilə vitse prezident vəzifələrinin təsis edilməsi və onların təminatı ilə bağlı məsələləri müəyyən edən dəyişikliklər yer alır:

“Prezidentlik institutunun gücləndirilməsi, vitse-prezidentlik institutunun yaradılması, vitse-prezidentlərin səlahiyyəti ilə bağlı təklif edilən dəyişikliklərin hakimiyyətlərin bölünməsi prinsipini pozması və parlament nəzarətini zəiflədəcəyi istiqamətində fikirlər səslənir. Ümumi olaraq qeyd edilməlidir ki, Prezident institutunun güclənməsi heç də dövlət hakimiyyətinin digər qollarının zəiflədilməsini şərtləndirmir. Burada parlamentin icra hakimiyyəti üzərində nəzarət və təsir imkanları ilə bağlı müddəa və təminatlara əsas diqqət yetirmək vacibdir”.

Vüsal Hüseynovun sözlərinə görə, mövcud Konstitusiyada bu təminatlar dəyişməz olaraq qalır. Bunlar dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, yüksək vəzifəli şəxslərin, o cümlədən hakimlərin təyinatında iştirak, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması, Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, referendum təyin edilməsi, amnistiya və digər səlahiyyətlərdir:

“Qeyd edilənlər, həmçinin qanunların Prezidentin etirazını doğurduğu halda qüvvəyə minməsi ilə bağlı Parlamentin üstün mövqeyini təmin edən təminatlar dövlət hakimiyyətin digər qolları üzərində səmərəli parlament nəzarətinin həyata keçirilməsi üçün imkanlar və balans təmin edir.

Vitse-prezidentin təyinatı proseduru ilə bağlı əsas yanaşma kimi, bu təyinatın parlamentdən yan keçməsi və bununla da parlamentin rolunun əhəmiyyətli zəifləməsi kimi qeyd edilir. Lakin mövcud Konstitusiyadakı mexanizmlə bu yeniliyi müqayisə etsək əslində təklif edilən dəyişikliyin hakimiyyətlərin bölgüsü prizmasından əhəmiyyətli dəyişiklik və ya geriləmə gətirməyəcəyi görsənir. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydasında müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına Parlament tərəfindən üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər”.

Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilməsi üçün müddət 3 aydan 60 günədək, yəni 1 ay müddətinə qısaldılır. Bu halda Prezident səlahiyyətlərini icra edən şəxsin maraqları kiçildilir, ictimaiyyətin maraqları isə gücləndirilir.

Vitse-prezident institutunun Konstitusion sistemimizdə yeni institute olduğunu və məqsədin prezidentlik institutunun gücləndirilməsi, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təmin edilməsi olduğunu deyən Vüsal Hüseynov, təkliflərə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlərin qeyd edilmədiyini vurğulayıb:

“Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədən vaxtından əvvəl səsləndirilən mülahizə və şərhlərin heç bir əsası yoxdur. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi aktlarla, Konstitusiya Qanunu ilə tənzimlənəcəkdir. Təkliflərdə hazırda vitse-prezidentin toxunulmazlığı və təminatı ilə bağlı məsələlər yer almışdır ki, bunlar da ümumi normalardır”.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddə

Təklif edilir ki, Azərbaycan Respublikası Prezidentinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyəti müəyyən edilsin.

Deputat deyir ki, bu dəyişiklik Prezidentə etimad səsi qazanmaq üçün xalqa müraciət etmək imkanı təmin edir:

“Bu isə hər hansı qeyri-müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar yaratmaq məqsədi daşıyır. Prezidentinin səlahiyyət müddətinin uzadılması kontekstində belə səlahiyyətin müəyyən edilməsi xüsusilə əhəmiyyətlidir”.

Prezident respublikasında prezidentin növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin bir sıra ölkələrin təcrübəsində mövcud olduğunu xatırladan millət vəkili, oxşar təcrübənin parlament demokratiyası olan ölkələrlərdə də müəyyən edilidini bildirib:

“Nümunə üçün, 1997 və 2000-ci illərdə Kanadanın dövlət başçısı tərəfindən iki növbədənkənar seçki təyin edilib. Həmçinin, Danimarka konstitusiyasının 32-ci maddəsinə əsasən, baş nazirin parlamentə növbədənkənar seçki təyin etmək hüququ vardır. Oxşar mexanizm Yaponiya konstitusiyasının 7-ci maddəsində də öz əksini tapır. Dövlət və yaxud da hökumət başçısının növbədənkənar seçki təyin etmək səlahiyyətinin əhəmiyyəti məhz siyasi böhran baş verən zaman xalqın öz iradəsini yenidən ifadə etmək imkanının tanınmasıdır.

Parlament demokratiyası olan ölkələrdə dövlətin siyasi və idarəetmə sütununu parlament, prezidentli respublikalarda isə prezident institutu təşkil etdiyi üçün müvafiq olaraq hər biri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi mexanizminin mövcudluğu bu siyasi və idarəetmə sistemindəki stabilliyin qorunmasına xidmət edir”.

Vüsal Hüseynov fikrini belə yekunlaşdırır ki, prezidentli respublika idarəetmə formasına malik olan dövlətlərdə dövlət başçısının növbədənkənar seçki təyin etməsi də eyni məqsədə xidmət edir – hakimiyyətin mənbəyi olan xalqın iradəsinin ifadəsi üçün zəmin yaratmaq.

1news.az

Paylaş:
3077

Son xəbərlər

Yerdə uzanan, tələsən, üzündən təbəssüm əskik olmayanlar - COP29-un 4-cü günü FOTOLARDA14 / 11 / 2024, 23:56Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib14 / 11 / 2024, 17:45Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edib14 / 11 / 2024, 17:42Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb14 / 11 / 2024, 17:36Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 17:34İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 17:17Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 17:14İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 16:51RİNN və AİB Bakı metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcək14 / 11 / 2024, 16:33Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır14 / 11 / 2024, 16:25Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”14 / 11 / 2024, 16:10Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİB14 / 11 / 2024, 16:03Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib14 / 11 / 2024, 15:50Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb14 / 11 / 2024, 15:48İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 15:39Dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 15:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB14 / 11 / 2024, 14:25Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildi14 / 11 / 2024, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTO14 / 11 / 2024, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTO14 / 11 / 2024, 13:45
Bütün xəbərlər