Aydın Mirzəzadə: İcra hakimiyyəti qanunu pozmaqla Milli şuranın mitinqinə icazə verib
Bazar günü Bakıda mitnq deyil, sanki radikal müxalifətin qollarından birinin şousu baş tutdu, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
1news.az-a müsahbə verən millət vəkili bildirib ki, bu, “mitinq xatirinə keçirilən mitinqdən” başqa bir şey deyil.
“Orada nə demək, nəyi irəli sürmək vacib deyildi, sadəcə olaraq mitinqi keçirmək vacib idi”, - A.Mirzəzadə bildirib.
Seçki Məcəlləsinin pozulması
Deputat Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsi ilə bağlı icazəyə təəccübünü ifadə edib:
“Mitinq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Seçki Məcəllənin pozulması ilə keçirilib. Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçmiş təbliğat qrupu tərəfidən təbliğ və təşviq oluna bilər. Belə deyək ki, “Milli şura”da bu səlahiyyət yoxdur, buna görə də Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyi anlaşılmazdır”.
Mitinqlə bağlı fikirlərə qayıdan deputat bildirib ki, müxalifət tərəfindən sosial şəbəkələrdə böyük səs-küylə təbliğ olunmasına baxmayaraq burada az sayda insan iştirak edib:
“Mitinqə həddindən artıq az insan qoşulub. Nəzərə alaq ki, orada iştirak edənlərin bir hissəsini – jurnalistlər, bir hissəsini – hüquq-mühafizə əməkdaşları, digər hissəsini də biraya toplaşanlara maraq göstərən adi vətəndaşlardır”.
Deputata həmçinin aksiyanı təşkil edənlərin fəndlərinə diqqət etməyi bildirib:
“Onlar insanlara bir-biri ilə gah sıx, gah da bir-birinin qarşısında dayanaraq daha çox sahəni əhatə etməyi tapşırırdılar ki, mitinq “irimiqyaslı” görünsün. Aydın görünürdü ki, buraya toplaşanlar kiminsə tapşırığını yerinə yetirirlər”.
Sponsorlar qarşısında hesabat?
Bununla belə o, hesab edir ki, bir sıra Amerika və Avropa KİV-inin antiazərbaycan bağlı dərc etdikləri məqalələrlə eyni zamanda mitinqin keçirilməsi heç də təsadüfi deyil:
“Müxalifət adətən bu cür aksiyaları müəyyən hadisələr ərəfəsində həyata keçirir. Elə təəssürat yaranır ki, bütün bunlar xaricdən müəyyən siyasi təzyiqlə əlaqədardır. Dəfələrdə müxalifətin ünvanına əncnəbi fondların hesabına maliyyələşdirilməsi, ələxsus da məlum olur ki, bu sponsorlar ya antiazərbaycan mərkəzləridir, ya da erməni diasopudur”.
“Çayxana təfəkkürü”
“Radikal müxalifəti savadsızlıqda iddiham edirəm. Bu yaxınlarda müsahibələrimdən birində qəsdən səhv buraxdım. Bir gün keçdi, onlar isə bu səhvə heç bir reaksiya göstərmədi. Ona görə ki, oxumurlar, dəyişikliklərə diqqət etmirlər, tarixlə, faktlarla maralanmırlar”.
“Dünən isə sosial şəbəkələrdə şüarlardan birinə rast gəldim. Bunu səfehlikdən başqa bir .ey adlandırmaq olmaz – nəsə çayxana, “çayın soyuması” və s. haqda idi. Beləliklə, bu cür “çayxana təfəkkürlü” (dostları ilə çayxanada oturaraq sadəcə söhbət etmək istəyən sanballı insanların hisslərinə toxunaramsa, üzr istəyirəm) insanlar hakimiyyətə can atır, özlərini alternativ fəaliyyət göstərənlər hesab edirlər”.
Xalq əvvəlki deyil
Onun sözlərinə görə, hətta iki nəfərin belə öz sözünü deməyə haqqı var:
“Bazar günkü mitinqdə konstukrtivlik yox idi. İrəli sürdükləri təkliflərin qarşılığı olaraq heç bir konkret təklif yox idi. Əgər onlara qulaq assaq, gərək Azərbaycan cəmiyyətdə və dünyada baş verən dəyişiklikləri nəzərə almadan 90-cı illərin əvvəlində qalsın”.
“Buna görə də radikal müxalifətin bu qədər az tərəfdarı var. Azərbaycan vətəndaşı siyasətin incəliklərini çox yaxşı anlayır. İndi xalqı “şirin sözlərlə” aladatmaq olmaz”, - A.Mirzəzadə bildirib:
“Azərbaycanda radikallığın sosial bazası yoxdur. Azərbaycan dəfələrlə radikallıq və onun pis fəsadları ilə qarşılaşıb. Buna görə də Azərbaycan 1988, 1990, 1992 və 1993-cü illərdə baş verənlərin təkrarlanmasını istəmir. Buna görə də radikal müxalifətin irəli sürdüyü şüarlara qarşılıq göstərilmir”.
Beləliklə, bazar günü keçirilən mitinq bir tərəfdən Azərbaycanda söz və fikir azadlığı, demokratiyanın olmasını təsdiq etdi, digər tərəfdən isə hazırki siyasi kursun layiqli alternativi olmadığını bildirdi:
“Xalq əsasən dəyişikliyin, islahatın, inkişafın və sabitliyin tərəfdarıdır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bariz nümunəsidir”.
1news.az