Araz Əlizadə Əli Kərimli haqqında: Əcnəbi sponsorlar “siyasi acizlərə” yatırım etməyəcək
Hər kəsə məlumdur ki, radikal müxalifətdən olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə “Müsavat” partiyasının nümayəndələri arasında fikirayrılığı mövcuddur. Lakin son zamanlar müxalifət dəyrimanında vəziyyət daha da gərginləşib.
Liderlik uğrunda mübarizə nə Xalq Cəbhəsi partiyasına, nə də “Müsavat” üzvlərinə rahatlıq vermir. Bununla belə müxalifət düşərgəsindəki tərəflər “birincilik” uğrunda mübarizə üçün heç bir metod və alətdən çəkinmirlər.
Müxalifət partiyaları arasında növbəti münaqişə Milli Şuranın bazar günü, sentyabrın 11-də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinq səbəb oldu.
Xatırladaq ki, Milli Şuranın mitinqi Konstitusiyaya dəyişikliklə bağlı ölkədə sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar idi. Bakı Şəhər İcra Hakimiyyəti isə bu mitinqin keçirilməsinə icazə vermişdi. Bu məsələ də bir sıra ekspertlər üçün anlaşılmaz oldu.
Nümunə üçün millət vəkili Aydın Mirzəzadənin 1news.az-a müsahibəsini qeyd edək:
“Mitinq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Seçki Məcəllənin pozulması ilə keçirilib. Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçmiş təbliğat qrupu tərəfidən təbliğ və təşviq oluna bilər. Belə deyək ki, “Milli Şura”da bu səlahiyyət yoxdur, buna görə də Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyi anlaşılmazdır”.
Mövzu ilə əlaqədar oxuyun:
Aydın Mirzəzadə: İcra hakimiyyəti qanunu pozmaqla Milli şuranın mitinqinə icazə verib
Müxalifətçi Milli Şuranın lideri Cəmil Həsənli rəhbərlik etdiyi qurumun təşkil etdiyi mitinqdə iştirak etməyib. Buna görə də baş natiq olaraq AXCP-nin sədri Əli Kərimli çıxış edib.
Liderlik uğrunda mübarizə
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, politoloq Araz Əlizadənin fikrincə, müxalifət partiyaları arasında didişmə adi haldır, bugünkü davanın əsasında isə maliyyə faktoru dayanır:
“Həqiqət bundadır ki, hazırki müxalifətin potensialı “ölüdür”. Buna görə də, bu mitinqi acınacaqlı adlandırardım. Belə ki, mitinqdə bir dənə də olsun konstruktiv fikir səsləndirilməyib. Bəs nə üçün müxalifət mitinq keçirir? Bu sualın cavabı çox asandır – ona görə ki, avropalı sponsorlar “demokratiya nəzarətçilərimizi” yemsiz buraxmasın.
Faktiki olaraq ötən ay müddətində “düzgün müxalifət” liderləri şübhəli mənşəyi olan bu cür küçə aksiyaları keçirmək üçün ABŞ səfirliyi və Avropa ölkələrinin digər diplomatik missiyalarına məsləhət dalınca qaçıblar ki, sponsor dəstəyini kəsməsinlər.
Digər tərəfdən müxalifət xarakterli bu cür aksiyaları Azadlıq meydanında keçirmək lazımdır. Təsəvvür edin ki, 5 min nəfər tutumuna malik meydanda bir neçə insanın toplaşması necə də gülməli görünər. Bununla da hakimiyyətə gəlmək istəyən insanların “güc və qabiliyyəti” açıq-aşkar görünər”.
Tezliklə “yem” yeri kəsiləcək
Araz Əlizadənin fikrincə, hazırda qərbli sponsorların azərbaycanlı müxalifətçilərə inamı əhəmiyyətli dərəcədə azalıb:
“Hesab edirəm ki, nə Avropa, nə də Amerika “siyasi acizlərə” gələcəkdə yatırım etməyəcək. Belə ki, etibar krediti tükənib. Qərbdə azərbaycanlı müxalifətin çox yaxşı tanıyırlar – ciblərini dolduran bir toplu adam kimi. Bunlar 90-cı illərdən bəri müxalifətin ön sıralarında dayanaraq hər birinin evi, maşını, xaricdə təhsil alan övladı, bir sözlə əcnəbi daxilolmaları hesabına çox gözəl həyat qurublar. İndi isə müxalifət qruplarının tezliklə bitəcək “yem” üçün bir-birini parçalamasının şahidi oluruq.
Ümidlər doğrulmadı
“Müxalifətimiz - istər müsavatçılar, istərsə də AXCP nümayəndələrinin hamısı “ölü ruhlardır” və onların dava-dalaşı stəkanda fırtınaya bənzəyir. Bir zamanlar müxalifət “milli demokratiyanın atası” kimi Cəmil Həsənlini ön plana çəkildi. Lakin o, ümidləri doğrultmadı.
C.Həsənli insanlar arasına proqramsız, tamamilə hazırıqsız, ideyasız çıxdı. O, qızıl fikirlərini qəzetin üçdə birinə dərc etdirərək bildirdi ki, prezident seçilərsə bütün səlahiyyətləri baş nazirə verəcək (o zaman nə üçün namizədliyini irəli sürür?), təhsil daxilolamalarını yüksəldəcək (40%) və təhsil işçilərinin əməkhaqqını 300% artıracaq. Hələ də başa düşə bilmirəm ki, bu uyğunsuz ideyalarını hansı formada həyata keçirərcək”, - deyə A.Əlizadə qeyd edib.
Xalq “öz qəhrəmanalarını” tanıyır
Politoloq bugünkü müxalifətin hakimiyyəti illərində Azərbaycan xalqının uğradığı çətinlikləri xatırlayıb:
“Müstəqilliyin ilk illərində Azərbaycanda vəziyyət çətin idi. Belə ki, həmin illərdə hakimiyyətdə olan AXCP - “Müsavat” faktiki olaraq Azərbaycanı uçurumun kənarına sürüklədi. Əgər 90-cı illərdə hakimiyyətə ümummilli lidder Heydər Əliyev gəlsəydi ölkə iqtisadi, siyasi, sosial sahədə daha çox inkişaf edərdi, Azərbaycanın 20% toprağı ermənilər tərəfindən işğal olunmazdı.
AXCP və “Müsavat” nümayəndələrinin o dövrdə hakimiyyətdə olması Azərbaycan xalqı üçün fəlakət və eyib idi. Bu gün isə həmin insanlar dövlət əleyhinə fəaliyyətlər göstərir, mitinqlər keçirir, Azərbaycan haqqında yalan məlumatlar yayır. Bununla da xaricdən müəyyən qonorarlar alırlar.
Bu sponsorlar təmiz əli olamayan, ölkədə stabilliyi pozmağa çalışan müxalifət qolunu maliyyələşdirməyin taktikasını dəyişsələr yaxşı olar. Şəxsən mənə maraqlıdır ki, erməni oliqarxları kimi nə üçün Rusiyada yaşayan varlı cənablar ölkənin milli maraqlarını irəli sürən xarici KİV, televiziyaya yatırım etmirlər?
Əli Kərimli, Cəmil Həsənli və digər “görkəmli” xadimlərin simasında olan sürü Azərbaycana qarşı iqtisadi sansksiyalar tətbiq etməyi, Azərbaycan neftini almamağa yönəlmişlər – vətən xainləridir. Əgər müxalifətçilərdən kimsə mitinqlər hesabına vəziyyəti dəyişəcəyinə ümid edirsə, mən onları məyus edəcəyəm. Onlarda heç nə alınmayacaq. İlk növbədə isə Azərbaycan cəmiyyəti indi 90-cı illərdəki kimi düşünmür, eləcə də xalq bu satqınları unutmayıb.
Əminəm ki, qarşıdakı referendum uğurla keçəcək və Azərbaycan xalqı Konstitusiyada ediləcək dəyişikliklərə yekdilliklə səs verəcək”, - A.Əlizadə sonda bildirib.
Mövzu ilə əlaqədar oxuyun:
Mənbə: Cəmil Həsənli və Arif Məmmədov Avropada yeni sponsorlar axtarırlar
1news.az