XİN: Azərbaycanın separatçı ermənilərin Tehranda keçirilən idman yarışında iştirakı ilə bağlı mövqeyi İran tərəfinə çatdırılacaq – FOTO | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycanın separatçı ermənilərin Tehranda keçirilən idman yarışında iştirakı ilə bağlı mövqeyi İran tərəfinə çatdırılacaq – FOTO

12:58 - 16 / 09 / 2016
XİN: Azərbaycanın separatçı ermənilərin Tehranda keçirilən idman yarışında iştirakı ilə bağlı mövqeyi İran tərəfinə çatdırılacaq – FOTO

Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin məlumatı vardır və ölkəmizin İrandakı səfirliyi bununla bağlı Azərbaycanın mövqeyini İranın müqabil dövlət qurumlarına çatdıracaqdır.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Azərbaycan Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda 48-ci erməni olimpiyadasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimin təmsilçilərinin iştirak etməsini şərh edərkən deyib.

“Bildirmək istərdik ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləmişdir”, - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, SalamNews-un verdiyi məlumata əsasən, sentyabrın 13-ü İranın paytaxtı Tehranda yerləşən "Ararat" klubunda 48-ci Erməni Olimpiadasının açılışı keçirilib.

Açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri və Ermənistanın tanınmış atletləri iştirak ediblər.

İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi və İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi də tədbir iştirakçıları arasında olub.

10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atlet 9 idman növü üzrə yarışacaq.

Rəsmi məlumatlarda qeyd edilməsə də, olimpiadada qondarma Dağlıq Qarabağ Respublikası da təmsil olunub. Bunu açılış zamanı çəkilmiş fotoşəkillər sübut edir. Belə ki, fotoşəkillərdə erməni idmançıların geyimlərinin üzərində "Artsax" yazısı və separatçı rejimin bayrağının əksini aydın görmək mümkündür.

1news.az

 

Paylaş:
1758

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər