Rasim Musabəyov: “İsgəndər”lərin Ermənistana satılması Azərbaycana qarşı hərbi-siyasi təzyiq üçün istiqamətlənmiş aksiyadır | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: “İsgəndər”lərin Ermənistana satılması Azərbaycana qarşı hərbi-siyasi təzyiq üçün istiqamətlənmiş aksiyadır

17:14 - 27 / 09 / 2016
Rasim Musabəyov: “İsgəndər”lərin Ermənistana satılması Azərbaycana qarşı hərbi-siyasi təzyiq üçün istiqamətlənmiş aksiyadır

Ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə hərbi parad keçirilib. Paradda Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən “İsgəndər-M” operativ-taktiki raket kompleksləri (OTRK) də nümayiş etdirilib.

Bu hadisə ərəfəsində bir sıra KİV-də xəbərlər yayıldı ki, Ermənistan Rusiya raket kompleksi olan “İsgəndər-M” alıb və bunu onlara ayrılmış 200 milyon dollarlıq kredit hesabına əldə edib.

Erməni mənbələrinə görə, komplekslərlə bağlı müqavilə 2014-cü ildə imzalanıb, təchizat isə 2015-ci ildə başlayıb və HHM birləşmələrinin yaradılması çərçivəsində başa çatıb.

Qeyd edək ki, Rusiya tərəfi Ermənistana silah satışı ilə bağlı məlumatı təkzib etməyib. Yeri gəlmişkən, paradda Rusiyanın Ermənistandakı hərbi bazasının 102-ci hissəsi da iştirak edib.

Xatırladaq ki, fevralın 19-da Moskva rəsmi şəkildə Ermənistana güzəştli olaraq hərbi texnika və silahın alınması üçün 200 milyon dollar dəyərində kredit ayırıb. Buraya daxildi: "Smerç" raket sistemləri (MLRS) 9K58, “İqla-S” zenit-raket sistemi, “Tiqr” zirehli maşını, “Konkurs-M” tank əlehinə raket kompleksi, РПГ-26 tank əlehinə qumbaraatanlar, Т-72 tank üçün mühərrik və qoşqular, əlaqə vasitəsi, müxtəlif mühəndis texnikaları və “KamAZ” firmasından olan yük maşınları və s.

Bir neçə il öncə Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah vermişdi. Bununla bağlı Azərbaycan dəfələrlə rəsmi səviyyədə Moskvaya narazılığını bildirib. Belə ki, Rusiya Ermənistana ya pulsuz, ya da güzəştlə silah satdığı halda, Azərbaycan isə bunları öz hesabına əldə edir.

Fevralın sonunda Azərbaycan Ermənistana 200 milyon dollarlıq kredit hesabına silahın satılması ilə bağlı Rusiya XİN-ə nota göndərdi.

Azərbaycan XİN-i Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Rusiya hərbi texnkasının yerləşdirilməsilə bağlı narazılığını bildirib.

Bununla bağlı Moskvanın cavab bəyanatı ondan ibarət olub ki, Rusiya İrəvanla hərbi-texnki əməkdaşlığı şəffaf və beynəlxalq öhdəliklərə riayət etməklə həyata keçirir:

“Rusiyanı Ermənistanla müttəfiq münasibətləri birləşdirir. Eləcə də hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Hesab edirik ki, bu faktı Azərbaycan tərəfi anlayışla qarşılayacaq”.

Ermənistanın Rusiyanın “İsgəndər” operativ-taktiki raket kompleksinin (OTRK) təchizatı ilə bağlı məlumatı Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov şərh edib.

Deputat qeyd edib ki, “İsgəndər” operativ-taktiki raket kompleksi geniş ərazisi olmayan bir sıra regionların hərbi-texniki vəziyyətinə təsir edə bilər:

“Buna görə də “İsgəndər” komplekslərinin təchizatı ölkələr arasında siyasi məsləhətləşmə predmetidir. Belə ki, Beynəlxalq Konvensiyaya əsasən “Uzaqmənzilli ballistik raketlərin ixracı qadağandır. Təsdiq üçün bldirim ki, Vaşinqton “İsgəndər” OTRK-nın parametrləri ilə analoji raketi Türkiyəyə təchiz etməyə icazə vermir. Baxmayaraq ki, hər iki ölkə NATO-nun tərəfdaşlarıdır, eləcə də mütəffiqlik müqavilələri də var. Bundan əlavə, Rusiya Belorusun prezidentinin müraciətinə baxmayaraq “İsgəndər” OTRK-nı bu ölkəyə təchiz etməyib.

Parlamentari qeyd edib ki, BMT-nin müvafiq qurumları bu tip hərbi təchizatla bağlı məlumatlandırılmalıdır:

“Məlum olduğu kimi, bununla bağlı nə Moskva, nə də Rusiya rəsmi elan etməyib. Buna görə də aydın deyil ki, İrəvanda keçirilən paradda nümayiş olunan “İsgəndər” raketlərinin Rusiyanın  Gümrüdə yerləşən 102-ci bazasının arsenalından “kirayə” götürülüb və ya ermənilərin özününküdür”.

“Bununla yanaşı, əgər Rusiyanın Ermənistana silah verməsi təsdiqlənərsə, Azərbaycan strateji tərəfdaş olaraq məsələ ilə bağlı Moskvadan izahat tələb edə bilər. Əlbəttə ki, Bakı bununla bağı lazımi addımlar atacaq və Rusiya ilə münasibətlərinə düzəlişlər edəcək”, - R.Musabəyov bəyan edib.

Politoloqun qiymətləndirməsinə görə, “İsgəndər” raketi uzaq məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir:

“Raket nüvə başlığı da daşıya bilir. Belə ki, Ermənistanın kosmik kəşfiyyatla bağlı vasitləri yoxdur ki, bu texnikanın öhdəsindən gələ bilsin. Nəzərə alsaq ki, bu raketlərin zərbə məsafələri 300 km hesablanıb. Ermənistandan Bakının bir sıra məntəqələrini həfədə almaq mümkün olmasa da, lakin Mingəçevir bəndini və ya neft-qaz boru kəmərlərinə çata bilər”.

Musabəyovun fikrincə, Ermənistan rəhbərliyi anlamalıdır ki, bu cür təxribatçı addımların geri dönülməz nəticələri yarana bilər:

“Əgər Ermənistanın hərbi arsenalında bu silahın olması təsdiqlənərsə, separatçı rejim bunu Azərbaycana qarşı istifadə etmək istəyəcək. Bu da Azərbaycan tərəfinin çoxsaylı zərbələri ilə nəticələnəcək. Bakı cavab atəşi olaraq “Smerç” və ya “Qasərğa” (Türkiyədən alınmış) raket komplekslərini istifadə edə bilər. Bu raketlər İrəvandan keçərək Metsamor AES-ə qədər gedə bilər”.

Daha sonra Musabəyov bir sıra erməni KİV-ində yer alan “İsgəndər” raketlərinin Rusiya tərəfindən 200 milyon dollarlıq kredit hesabına verilməsi ilə bağlı da şərh verib:

“Bu məbləğdə bu növ silahların alınması bütün xərcləri ödəmir. Hesab edirəm ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir. Aydırndır ki, “İsgəndər” raketlərin təchizatı ətrafında xəbərlər geniş ajiotaja səbəb olub və bu, silah tədarükünün kəmiyyəti və keyfiyyəti baxımından Ermənistandan yüksək olan Azərbaycanın qorxudulmasına yönəldilib. Düşünürəm ki, “İsgəndər”lər sadəcə olaraq Azərbaycana hərbi-siyasi təzyiq üçün istiqamətlənmiş aksiyadır”.

Sonda Musabəyov bildirib ki, erməni silahlı qüvvələrinin uzaq mənzilli raketlərlə bağlı məlumatları daha əvvəl də erməni məmurlarının nüvə bombası ilə bağlı yaydığı xəbəri kimi yalandır.

Arayış:

“İsgəndər” raketi - Rusiyada (Votkinsk Zavodu Dövlət-İstehsalatı Assosiasiyası) istehsal olunan mobil, qısaməsafəli ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub. “İsgəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

“İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

“İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.

“İsgəndər”lər rusiya ordusuna “quru Qoşunların yüksəkkeyfiyyətli silahla təchiz edilməsilə” proqramı çərçivəsində təchiz edilir.

Mövzu ilə əlaqədar oxuyun:       

“İsgəndər” müəmması: Rusiyanın Ermənistanı silahlandırması nəyə xidmət edir? – FOTO

Heydər Mirzə: “Ya Sarqsyan “İsgəndər” OTRK-nın xüsusiyyətləri ilə tanış deyil, ya da növbəti dəfə yalan danışır”

Aleksandr Siniçın: “Erməni tərəfi Rusiyadan bir dənə də yeni BTR və ya tank ala bilməyəcək”

1news.az

Paylaş:
1191

Son xəbərlər

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıbBu gün, 10:18Hərbi Tibb Fakültəsində feldşerlərin buraxılış mərasimi keçirilibBu gün, 10:14“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilibBu gün, 09:59AMB iyulun ilk gününə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32Bu gündən şəhərdaxili sərnişin daşıyan avtonəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdırBu gün, 09:08Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:05Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənibBu gün, 09:03Füzuliyə AZAL-ın müntəzəm reysləri açılırBu gün, 08:59Bu gündən taksilərlə bağlı tələblər qüvvəyə minib - TƏFƏRRÜATBu gün, 08:49Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23
Bütün xəbərlər