Ceyms Uorlikin həmsədr kimi səlahiyyətləri bitir
Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə həmsədr Twitter-dəki hesabında yazıb:
“Həmsədr kimi səlahiyyətlərim bu ilin dekabrın 31-də başa çatacaq. Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir”.
Həmçinin Uorlik bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmaları ilə tərəfdaşlıq edəcək.
1news.az
1102