Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün formatı genişlənə bilər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün formatı genişlənə bilər

22:30 - 21 / 11 / 2016
Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün formatı genişlənə bilər

“Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.

B.Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir:

“Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər”.

O əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir.

Sözçü ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trampın prezident seçilməsinə dair sualları da cavablandırıb. O, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının (BHFP) bir neçə ölkə arasında razılaşdırıldığını xatırladıb: “Müqaviləni BMT də təsdiqləyib. Sadəcə, iki ölkənin əldə etdiyi razılaşma deyil ki, bir tərəf müqaviləni pozsun.

B. Qasımi İranın digər ölkələrlə viza rejimini ləğv etməsinə dair suallara cavabında bildirib ki, indiyədək  Ermənistan və Gürcüstanın İran vətəndaşları üçün vizanı ləğv  etməsi məsələsi müzakirə olunub. Bununla bağlı razılıqlar əldə edilib.

1news.az

Paylaş:
1006

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər