Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

12:50 - 05 / 12 / 2016
Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və dekabrın 8-9-da isə Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

1news.az

Paylaş:
983

Son xəbərlər

Bütün xəbərlər