General Aydəmirov: Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır | 1news.az | Xəbərlər
Siyasət

General Aydəmirov: Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır

15:41 - 29 / 12 / 2016
General Aydəmirov: Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır

 “Ermənilər Azərbaycan ordusunun qarşısını ala bilməyəcək”.

Bunu sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib.

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır:

“Ermənilərin tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat törətməyə cəhd edir ya da hansısa yaşayış məntəqəsini atəşə tutur. Buna da nail ola bilmirlər. Azərbaycan ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alır və alacaq.

İstisna deyil ki, hər an müharibə başlaya bilər. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var”.

Ehtiyatda olan general bildirib ki, ermənilər özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə təxribatlara əl atırlar. Nəticədə düşmən tərəfi itki verərək geri çəkilir.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.

Mövzu ilə əlaqədar oxuyun:

Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb, bir əsgərimiz itkin düşüb

Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir

AzVision.az

Paylaş:
1117

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər