İtkin düşən neftçilərin ailə üzvləri axtarışların gedişatı ilə tanış olublar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən neftçilərin ailə üzvləri axtarışların gedişatı ilə tanış olublar – FOTO

16:28 - 29 / 12 / 2016
İtkin düşən neftçilərin ailə üzvləri axtarışların gedişatı ilə tanış olublar – FOTO

Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar.

1news.az-a Administrasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahda bildirilib ki, axtarış əməliyyatları, fasiləsiz həyata keçirilən tədbirlər dövlət başçısının daim diqqətindədir və Prezidentin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibi, axtarışlarda iştirak edən hər bir nümayəndə, təmsil olunduqları qurumlara məxsus müasir tələblərə cavab verən maddi texniki baza istifadə olunmaqla nefçilərin tezliklə tapılması üçün səylərini səfərbər ediblər.

Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış - izləmə sistemlərinin quraşdırıldığını vurğulayan Dövlət Dəniz Administrasiyasının rəisi, hadisənin baş verdiyi rayonda hava şəraitinin, küləyin, sualtı və suüstü axıntıların istiqamətinin, sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilərək, əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirildiyini deyib.

Bir daha vurğulanıb ki, axtarış – xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə yerində tanış olmaq imkanını yaratmağa daim hazırdır.

İtkin düşən neftçilərin ailə üzvləri,Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR – ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi olublar.

1news.az

Paylaş:
1144

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər