KTMT-nin baş katibi “Dağlıq Qarabağ Respublikasını” tanıdı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş verən erməni təxribatını dəstəkləyərək, paralel olaraq “Daölıq Qarabağ Respublikasını” (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qondarma rejim – red.qeydi) tanıyıb.
1news.az-ın verdiyi məlumatına əsasən, KTMT-nin saytında yerləşdirilən rəsmi bəyanatında deyilir:
“Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qondarma rejim – red.qeydi) ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş vermiş ağır insident fonunda, KTMT-yə üzv ölkənin ərazisindəki bu addımları təxribat kimi qiymətləndiririk. Elə təəsürat yaranır ki, iki tərəfin, həmçinin bir sıra ölkələrin rəhbərlərinin ortaya qoyduğu səylər nəticəsində münaqişənin həlli daha fəal gedəcək. Lakin son zaman bölgədən atəşkəs rejiminin pozulması ilə bağlı gələn xəbərlər və hərbçilərin ölümünə səbəb olan dekabrın 29-u baş vermiş insident ciddi narahatlıq doğurur”.
Xatırladaq ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın kəşfiyyat qrupunun ölkəmizin sərhədlərini pozmağa cəhd etdikdə pusquya düşdüyünü bildirib.
Yaranan silahlı toqquşma nəticəsində düşmən tərəfi xeyli sayda canlı qüvvədə itki verərək geri çəkilməyə məcbur qalıb.
İnsident zamanı Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanov itkin düşüb.
“Son zamanlar cəhbə xəttində müşahidə olunan nisbi sakitlik, görünür Ermənistanı qane etmir və düşmən məqsədli olaraq vaxtaşırı bu cür təxribatlara əl atır. Əgər düşmən tərəf bu cür addımları davam edərsə daha böyük və ağır itkilərlə üzləşəcək”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
1news.az
Mövzu ilə əlaqədar:
Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir
Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb, bir əsgərimiz itkin düşüb
General Aydəmirov: Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır
Hərbi ekspert: “Bu günkü təxribat rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır”