Müdafiə Nazirliyi Azərbaycanın 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib edib
Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi.
Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur.
Bu haqda 1news.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən xəbərə görə, Nazirlikdə bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.
"Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb". - deyə MN-dən bildiriblər.
Xatırladaq ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın kəşfiyyat qrupunun ölkəmizin sərhədlərini pozmağa cəhd etdikdə pusquya düşdüyünü bildirib.
Yaranan silahlı toqquşma nəticəsində düşmən tərəfi xeyli sayda canlı qüvvədə itki verərək geri çəkilməyə məcbur qalıb.
İnsident zamanı Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanov itkin düşüb.
“Son zamanlar cəhbə xəttində müşahidə olunan nisbi sakitlik, görünür Ermənistanı qane etmir və düşmən məqsədli olaraq vaxtaşırı bu cür təxribatlara əl atır. Əgər düşmən tərəf bu cür addımları davam edərsə daha böyük və ağır itkilərlə üzləşəcək”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Mövzu ilə əlaqədar:
Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir
Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb, bir əsgərimiz itkin düşüb
General Aydəmirov: Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır
Hərbi ekspert: “Bu günkü təxribat rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır”
1news.az