Azərbaycan erməni separatçıların Madriddəki sərgidə iştirakına etirazını bildirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan erməni separatçıların Madriddəki sərgidə iştirakına etirazını bildirib

18:51 - 19 / 01 / 2017
Azərbaycan erməni separatçıların Madriddəki sərgidə iştirakına etirazını bildirib

Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın təxribatı ilə bağlı “Fitur-2017” turizm sərgisinin təşkilatçılarına etiraz məktubu göndərib.  

1news.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, il ərzində mədəniyyət və turizm mövzusunda olan beynəlxalq tədbirlərdə erməni tərəfi təxribatlara əl atıb:

“Mütəmadi olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.

Nazirlik rəsmisi bildirib ki, Beynəlxalq Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var.

Qeyd edək ki, Madriddə keçirilən ənənəvi “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimin təbliği məqsədilə stend nümayiş etdirir.

1news.az

Paylaş:
1136

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər