Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı
Azərbaycan Prezident İlham Əliyevin söylədiyi kimi: “Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir”.
Həmçinin bu fikirlərlə yanaşı, dövlətimiz hər zaman qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirib, onların qayğısı dövlət siyasətimizin prioritet məsələlərindən biridir.
Məlum olduğu kimi, yaxın günlərdə Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Həmçinin bundan əvvəl də dövlət başçımız I Qarabağ müharibəsi zamanı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla bağlı bir sıra fərman və sərəncamlar da imzalayıb. Hələ ümummili lider Heydər Əliyevin hakimiyyəti illərində erməni qəsbkarlarının işğalı nəticəsində qaçqın olmağa məcbur şəxslər üçün, habelə erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında da fərman imzalanıb.
Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısının qısa statistikası
Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 51 fərman və sərəncam imzalanıb, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmin Proqrama 2 Əlavə təsdiq edilib.
-Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən dövrdə qaçqın və məcburi köçkün problemi ilə bağlı 1 beynəlxalq konfrans, 2 müşavirə, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 800-dən çox həmçinin qaçqın və məcburi köçkünlərlə 30 görüş keçirilib.
- Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılıb.
- 16 min ailəyə sosial yardım verilib.
- Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olunmuş vəsaitin məbləği 4,5 dəfə çoxalıb.
- 64,4 min məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunur.
- Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqı ödənilir.
- Son 10 ildə dövlət ali məktəblərində ödənişli əsalarla təhsil alan 8 min 700 məcburi köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir.
- Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə digər təşkilatların payına düşür.
-Hazırda bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur.
-Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən məcburi köçkünlər üçün yeni qəsəbələr və yaşayış kopleksləri salınıb
İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub
-30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılmışdır. Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
-Həmin yaşayış komplekslərinə çadır düşərgələrində, yük vaqonlarında, fin tipli qəsəbələrdə, məktəblərdə yataqxanalarda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış 23,5 min ailə və ya 110 min nəfər məcburi köçkün köçürülüb.
-Yeni yaşayış komplekslərindən 17-si Ağdam, 17-si Füzuli, 11-i Biləsuvar, 6-sı Goranboy, 3-ü Ağcabədi rayonu ərazisində inşa edilib.
-Məcburi köçkünlərin məskunlaşdığı 7 çadır düşərgəsi və 12 fin tipli qəsəbə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ləğv edilib.
-Son 10 ildə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondunun və digər mənbələrdən 1 milyard 546.9 milyon manat vəsait sərf olunub.
İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkün qəsəbələrində mədəniyyət müəssisələri və istirahət mərkəzləri yaradılıb
-Goranboy, Biləsuvar, Sabunçu, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları yeni qəsəbələrdə 6 musiqi məktəbi tikilb istifadəyə verilib.
-Məcbur köçkün qəsəbələrində və yaşayış komplekslərində 32 klub-icma mərkəzi yaradılıb.
-Abşeron, Qaradağ, Şəki, Biləsuvar, Ağcabədi, Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə parklar və istirahət mərkəzləri istifadəyə verilib.
İlham Əliyev Bakının Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkün qəsəbələrində mədəniyyət müəssisələri və istirahət mərkəzləri yaradılıb
-Goranboy, Biləsuvar, Sabunçu, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları yeni qəsəbələrdə 6 musiqi məktəbi tikilb istifadəyə verilib.
-Məcbur köçkün qəsəbələrində və yaşayış komplekslərində 32 klub-icma mərkəzi yaradılıb.
-Abşeron, Qaradağ, Şəki, Biləsuvar, Ağcabədi, Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə parklar və istirahət mərkəzləri istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirilib
- 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunmuşdur.
-Fermer təsərrüfatlarında çalışan məcburi köçkünlər üçün dövlət və bələdiyyə ehtiyat fondlarından 50 min hektar torpaq sahəsi ayrılmışdır.
- Yeni qəsəbə və yaşayış komplekslərinin inşası zamanı 70 min nəfərdən çox məcburi köçkün tikinti işlərinə cəlb edilib.
- 1654 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 23,9 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilib.
- Füzuli rayonunda 5 min tonluq soyuducu anbar tikilib isyifadəyə verilib.
-Dünya Bankı və Azərbaycan Höküməti arasında bağlanılmış kredit sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,66 miyon manat məbləğində mikrokredit verilib.
-Aqroservis müəssisələri yaradılmış, fermer təsərrüfatları yanacaq, gübrə, toxum və kənd təsərrüfatı texnikası ilə təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkün qəsəbələrinin enerji, qaz, su və rabitə təminatı yüksək səviyyədə təşkil edilib
-Məcburi köçkün qəsəbələrində və yaşayış komplekslərində 644 kilometr su, 1059 kilometr elektrik, 310 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş və 8 yanğınsöndürmə deposu tikilib.
İlham Əliyevin Beyləqandakı Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü
Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bir çox bürokratik əngəllər aradan qalxacaq
Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək.
Bunu AzTV-yə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib:
“Fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər.
Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir.
“Həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək”.
Qeyd edək ki, dövlət başçısının fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Mövzu ilə əlaqədar oxuyun:
Deputat: Dövlət başçısının fərmanı məcburi köçkünlərə qayğının bariz nümunəsidir
S.Xankişiyeva