Qasım Hacıyev: Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı? | 1news.az | Xəbərlər
Siyasət

Qasım Hacıyev: Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı?

15:37 - 26 / 01 / 2017
Qasım Hacıyev: Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı?

Bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb.

“Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) məqaləsini yazmış özbək “akademik”i Rustamjon Abdullayev görünür, ermənilərin Cənubi Qafqaza XIX əsrdə köçürüldüyünü, XX əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına onlara 1 dövlət və 1 muxtar qurum yaradıldığını “bilmir”. Hansı ki, bu tarixi həqiqəti bütün sağlam düşüncəli qələm sahibləri, tarixçilər, siyasət adamları, hətta ermənilərin özləri də bilirlər.

Özünü akademik adlandıran bu şəxs öz məqaləsində Ş.Salamovun kitablarını tənqid etməklə türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə edib.

1918-ci il iyulun ortalarında Lalayan Daşnaksütyun partiyasının rəhbərliyinin fəaliyyəti barədə yazırdı: «Əksinqilabi daşnak hökumətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasında milli nifrəti qızışdırmaqdan, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalini fiziki cəhətdən məhv etməkdən ibarət idi».

Yaxşı məlumdur ki, Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyan həm separatçı, həm terrorçu, həm də minlərlə günahsız insanın qanını tökən canidir.

Erməni ideologiyasının təsiri altına düşmüş R.Abdullayev  öz tarixini, vətəninin problemlərini qoyub, “özgə gözünə kül üfürməklə” məşğul olan ermənilərin vaxtilə tərkibində yaşadığı dövlətlərin hansınınsa tarixinə hörmətlə yanaşmalarından danışa bilərmi?

R.Abdullayev bilmirmi ki, “yazıq” imici qazanmış ermənilərin qatı millətçi ünsürləri tərəfindən çox nahaq qanlar tökülmüşdür. Ermənilərin Şimali və Cənubi Azərbaycanda, Türkiyənin Van, Ərzurum, Qars bölgələrində törətdiyi qırğınların ssenarisi eynidir.

Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı? Məlum olduğu kimi, erməni “milli” təşkilatlarının əksəriyyəti xarici ölkələrdə, xüsusilə də Türkiyə və Azərbaycanın inkişafını gözü götürməyən ölkələrdə yaradılmış, məqam düşdükcə onlardan istifadə edilmişdir.

Ermənistan SSR Ali Soveti beynəlxalq hüquq normalarını pozaraq, 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək haqqında” qeyri-qanuni qərar qəbul etdiyi halda, görəsən, R.Abdullayev hansı hüquq normalarından və tarixi həqiqətdən danışır?

Azərbaycan xalqına qarşı 200 ildir davam edən etnik təmizləmə siyasətini xatırlamaq lazımdır.  “Akademik”in Şuxrat Salamova qarşı yazısı və Azərbaycan həqiqətlərinə laqeydliyi erməni təxribatçılarının çirkin kompaniyasının tərkib hissəsidir.

R.Abdullayev kimiləri bilmirlərmi ki, bu gün ermənilərin işğal etdikləri torpaqlarda qədim Azərbaycan mədəniyyətinə qarşı terror həyata keçirilir? Ermənilər tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı və onun ətrafındakı onlarla şəhəri, yüzlərlə kəndi dağıtmışlar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuxrat Salamovun əsərləri erməni millətindən olan yazarların bu günə qədər müxtəlif səviyyəli böhtan, saxtakarlıq və yalanlarla dolu yazılarına tutarlı cavabdır.

Qasım Hacıyev

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun

Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

Paylaş:
1476

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər