SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

10:10 - 09 / 02 / 2017
SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

SOCAR istiqrazlarının təkrar bazarında market-meyker fəaliyyətini həyata keçirən PSG kapital şirkəti yanvar ayının nəticələrini açıqlayıb.

1news.az-a şirkətdən verilən məlumatlardan aydın olur ki, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.

SOCAR istiqrazlarının dörviyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Belə ki, bu müddətdə SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan artıq alqı-satqı həyata keçirilib.

Təkcə yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə  82 əqd bağlanıb. SOCAR istiqrazlarının ticarətində marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital İnvestisiya Şirkəti”nin məlumatına görə, istiqraz alanların 72%-nı yeni müştərilər təşkil edib. 28% insanlar isə artıq istiqrazı olanlardır ki, onlar yeni kağızlar əldə ediblər.

PSG kapital şirkətinin Nümayəndəsi İkram Səfərəliyev bildirir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra istiqrazlara müştərilərin marağı daha da artıb. Xatırladaq ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi yanvarın 17-də aş tutub və istiqraz sahiblərinə ümumilikdıə 1,25 milyon dollarlıq vəsait ödənilib. «İlk faiz ödənişlərindən sonra istiqrazlara maraq daha da artıb. Xüsusilə fiziki şəxslərin istiqrazlara marağı daha da artıb. Ümumilikdə bu il ərzində 16,5 milyon dollar həcmində alqı-satqı əməliyyatı baş tutub».

Yanvarda istiqraz almaq istəyən əcnəbilərin sayında da artım müşahidə olunub. SOCAR istiqrazlarının təkrar bazarında əsasən Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları aktivlik göstəriblər.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Təkrar bazarda SOCAR istiqrazlarının market-meykeri olaraq «PSG Capital» şirkəti çıxış edir.

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Bu gündən SOCAR istiqrazları satışdadır

SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – AZƏRBAYCANDA İLK DƏFƏ

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

1news.az

Paylaş:
1333

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər