Çexiya qondarma "erməni soyqırımı"nı tanıyıb
Çexiya parlamentinin Deputatlar Palatası qondarma “erməni soyqırımı”nı tanıyıb.
1news.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, parlamentdə qondarma “soyqırım”ın tanınması lehinə 104 deputat səs verib.
Qeyd edək ki, qətnamə layihəsi parlamentə Sosial Demokrat Partiyasının üzvü, Ermənistan-Çexiya parlamentlərarası Dostluq Qrupunun sədri Robin Bexniş tərəfindən təqdim olunub.
Pərvanə Sultanova
794